Suriyanın yeni hökuməti Rusiya hərbi gəmilərini Tartus limanına buraxmadı...
Ekskluziv
950
09:32, Bu gün

Suriyanın yeni hökuməti Rusiya hərbi gəmilərini Tartus limanına buraxmadı...

Rusiya hərbi gəmilərinin həmin ölkənin Hərbi Dəniz Qüvvələrinin yeganə xarici bazasının yerləşdiyi Suriyanın Tartus limanına girişi qadağan edilib.
 
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
 
"OSINT", MarineTraffic" analitiklərinin  və hərbi müxbirlərin fikrincə, evakuasiya gəmisi - "Sparta II" dörd gündən artıqdır ki, "Heyət Təhrir əl-Şam"-ın təşkil etdiyi yeni hökumətin bölgədəki nümayəndələrindən icazə almadığından Suriya sahillərində dreyf edir.

Əvvəllər bu gəmi Krımdan Suriyaya avadanlıq çatdırırmış və bu saat ABŞ sanksiyaları altındadır. Hazırda hava hücumundan müdafiə elementləri də daxil olmaqla, silah və texnikası olan yüzdən çox Rusiya yük maşını sahildə bloklanıb.

Kreml hələ ki, vəziyyəti tam həll edə bilmir. Dekabrın 16-da Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Suriyanın yeni hökuməti ilə ölkədə Rusiyanın hərbi mövcudluğunu saxlamaq üçün danışıqlar aparılır. Lakin cari hadisələr bu planların həyata keçirilməsində çətinliklərdən xəbər verir. Və Xmeymim aviabazası Rusiya kontingentinin təxliyəsi üçün yeganə məntəqə olaraq qalır...

S.Laçın

 

 

 

 
Link kopyalandı!
Son xəbərlər