Ermənilər Los-Ancelesdə də qaçqın düşdü...
Ekskluziv
512
09:19, Bu gün

Ermənilər Los-Ancelesdə də qaçqın düşdü...

“Mələklər şəhəri 6 irimiqyaslı yanğının ortasındadır. Rəsmi mənbələr 5 qurbanın olduğunu bildirir. 140 min insan didərgin düşüb. Los-Ancelesin erməni yaşayış məntəqələrindən, ilk növbədə Pasadenadan ermənilər köçürüldü. Burada Sahak Mesrop Erməni kolleci külə dönüb”
 
Moderator.az  xəbər verir ki, “Azadlıq” radiosunun erməni bürosunun məlumatına görə, bu barədə amerikalı erməni Hovanes Halacyan sosial şəbəkədəki səhifəsində paylaşım edib.
 
“Yanğınlar hələ də nəzarət altına alınmır, iki min bina yanıb. Yanğın dünəndən Hollivud təpələrinə çatıb. Qlendeyl səmasında qatı tüstü var, yerli ermənilər deyirlər ki, pəncərələri bağlı saxlayırlar və hər saniyə siqnal gözləyirlər.
 
Los-Ancelesin müxtəlif şəhərlərində erməni icması təşkilatlanaraq köçkünlər üçün sığınacaqlar yaradıb, erməni kilsələrinin də qapıları açıqdır. Bu, bölgənin tarixində ən dağıdıcı yanğındır. Rayon yanğınsöndürmə briqadasının rəhbəri Kristin Kroulinin sözlərinə görə, yanğın evlərdən birinin həyətyanı sahəsində təsadüfən baş vermiş alışmadan sonra  başlayıb. Bu qığılcım bölgənin ən mənzərəli sahil nöqtələrindən bəzilərinə, məşhurların və turistik yerlərdəki evlərə çatıb”, - paylaşımda belə deyilir.
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər