“Qızımın toyuna hazırlaşıram, hər şeyimi ona etibar etmişəm”-ÖZƏL+FOTO
Ekskluziv
808
09 Jan 2025 | 22:38

“Qızımın toyuna hazırlaşıram, hər şeyimi ona etibar etmişəm”-ÖZƏL+FOTO

“Bacımın qızını heç vaxt övladımdan ayırmamışam. Mənim himayəmdədir. Onun toyuna hazırlaşıram. O mənim qızımdır. Yanvar ayında xınayaxdı, fevralda da inşallah toy olacaq. O oğlum Adillə bir yerdə böyüyüblər. Anam ikisinə də baxıb. Onlar bacı-qardaş, mənim də ciyərimin parası, canımın içidir. İnanın, bəlkə də həyatda ağlına, ruhuna, xasiyyətinə və insanlığına güvəndiyim birinci insandır. Biz onunla başqa bir münasibətdəyik. O mənə başqa bir enerji verir. Mən bir az oğlumla ona baxanda nisbətən münasibətdə soyuq olmuşam. Ümumiyyətlə uşaqlara münasibətdə çox zabitəliyəm. Amma onun vəfası, xarakteri bir başqadır. Ona çox inanıram. Hər şeyimi ona etibar edə bilərəm. Mən düşünürəm ki, Səma mənə qız, Adilə də bacıdır. Adil onu o qədər çox istəyir ki. Bəlkə də doğma bacısı olsaydı bu qədər çox istəməzdi”
 
Bunu Moderator.az -a açıqlamasında tanınmış müğənni Xatun Əliyeva deyib. O daha sonra yeni repertuarından danışıb. Müğənni Məmmədbağır Bağırzadənin repertuarına müraciət etməyini isə belə izah edib:
 
“Bu günlərdə Məmmədbağır Bağırzadənin “Toydu bu” mahnısına müraciət etdim. İştirak etdiyim toydan bir videorolik şəklində klip də hazırladıq. Allah ona rəhmət etsin. Bu mahnı dadlı, ləzzətli, şirin və bahalı toylar üçün nəzərdə tutulub. Əlbəttə ki, Xatun Əliyeva tərəfindən (gülür). Bu Məmmədbağır Bağırzadənin repertuarından oxuduğum ilk mahnı deyil. “Ay mənim göyçək qızım” mahnısına da yeni nəfəs verdim. Bu mahnı da mənim repertuarımda çox sevilir. O sənətkarın fanatıyam. Onun ifa tərzinin, şirinliyinin obrazının vurğunuyam. Allah ona qəni-qəni rəhmət etsin. Mən və bir çoxları onun çörəyini yeyirik. Bir çox toylarda onun mahnıları səslənir. Məhz toya aid daha çox və gözəl mahnıları o yazıb yaradıb” deyə sənətçi bildirib.
 
 
Link kopyalandı!
Son xəbərlər