Ekskluziv
677
09 Jan 2025 | 14:05

"Tramp Ukraynanın və onun suverenliyinin xilası üçün çalışır" - Kit Kelloq

 
"Tramp komandası Ukraynada müharibəni andiçmə mərasimindən 100 gün sonra  bitirmək üzərində düşünür..."
 
ABŞ-ın gələcək prezidenti Donald Trampın Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi, istefada olan general Kit Kellog bildirib ki, onun məqsədi Rusiya ilə Ukrayna arasında gedən genişmiqyaslı müharibəni Trampın prezidentliyinin ilk 100 günündə bitirmək üçün həll yolunun axtarışından ibarətdir.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalının efirində bəyan edib.
 
Kellogun sözlərinə görə, həm o, həm də Donald Tramp problemi həll etmək üçün vaxtın məhdud olduğunu anlayır. ABŞ-ın yeni seçilmiş prezidenti müharibəni mümkün qədər tez bitirmək istəyir.
 
"İnsanlar anlamalıdır ki, o, Putinə və ya ruslara nəsə verməyə çalışmır. O, əslində, Ukraynanı və onun suverenliyini xilas etməyə çalışır", - deyə gələcək xüsusi nümayəndə vurğulayıb.
 
Kellog həmçinin qeyd edib ki, onun fikrincə, Baydenin "ən böyük səhvi" Rusiya diktatoru Vladimir Putinlə iki ildən çox müddət ərzində danışmaqdan imtina etməsi olub. Eyni zamanda Tramp bunu etməyə hazırdır.
 
İstefada olan general inanır ki, ABŞ-ın yeni seçilmiş prezidenti Kreml rəhbərinə və Ukrayna prezidenti Vladimir Zelenskiyə "qısa müddət ərzində" məqbul bir həll yolunu təklif edə biləcək.
 
"Mən həm şəxsi, həm də peşəkar səviyyədə məqsəd müəyyən etmək istəyirəm və deyərdim ki, gəlin bu məqsədi 100 gün səviyyəsində müəyyənləşdirək", - o əlavə edib.
 
Trampın Ukraynada müharibəni dayandırmaq planları
 
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçki kampaniyası zamanı dəfələrlə bildirib ki, o, Rusiya ilə Ukrayna arasındakı müharibəni 24 saat ərzində bitirə bilər. Lakin seçkilərdə qalib gəldikdən sonra bu məsələnin daha mürəkkəb olduğunu etiraf edib.
 
 "The Atlantic" nəşri yazır ki, Tramp hazırda Rusiyanın Ukraynanın suveren bir dövlət olaraq qalması şərtilə müharibəni danışıqlar yolu ilə bitirmək niyyətində olmadığı kimu acı reallıqla üz-üzədir.
 
İndi Tramp dünya səhnəsində alçaldıcı bir strateji məğlubiyyəti qəbul etmək və ya Ukraynaya dəstəyi ikiqat artırmaq arasında seçim etməlidir. Bu seçim yalnız Ukraynanın taleyini deyil, həm də respublikaçı prezidentin uğurunu müəyyən edəcək.
Link kopyalandı!
Son xəbərlər