“Qərbi Azərbaycanla bağlı bu həqiqət erməni faşizminin mövcudluğundan xəbər verir”
Ekskluziv
817
10:46, Bu gün

“Qərbi Azərbaycanla bağlı bu həqiqət erməni faşizminin mövcudluğundan xəbər verir”

“İrəvan vaxtiylə Ermənistanda yaşayan soydaşlarımızın yenidən o torpaqlara – öz dədə-baba yurdlarına qayıtmasını təmin etməlidir. Yalnız bu halda söyləmək olar ki, Ermənistan faşist dövləti, qatı millətçi dövlət deyil”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. Ekspert qeyd edib ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi toppaqlarına qayıdışı Ermənistanın faşist və millətçi ideyalardan uzaqlaşmasının əməli isbatı olar:

 

“Biz istəyirik ki, soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı maksimum qısa zaman ərzində baş versin. Yox əgər bu baş verməsə, Ermənistan monoetnik dövlət olmaqda davam etsə, o zaman bu o demək olacaq ki, Ermənistan qatı millətçi ölkə elementlərini özündə saxlayır”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər