Ekskluziv
1309
08 Jan 2025 | 16:16

"ABŞ Konqresi Ukrayna xalqına qarşı soyqırımı tanıyan qətnaməni müzakirə edəcək" - səfir Makarova

 
"Qətnamə Rusiya siyasi liderləri və hərbi qulluqçularını məsuliyyətə cəlb etmək üçün trubunalları və beynəlxalq cinayət araşdırmalarını dəstəkləyir..."
 
ABŞ Nümayəndələr Palatasının ikipartiyalı üzv qrupu Rusiyanın Ukraynada törətdiyi hərəkətləri soyqırımı aktı kimi tanıyan qətnamə layihəsini ABŞ Konqresinin Nümayəndələr Palatasına təqdim edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Oksana Markarova öz "Facebook" səhifəsində məlumat verib. Məlumatı "nv.ua" yayıb.
 
"Rusiya cinayətkarlarının cəzalandırılması və gələcəkdə bu kimi dəhşətli cinayətlərin qarşısının alınmasını təmin etmək üçün Rusiyanın bütün cinayətləri ABŞ qanunvericiliyində əksini tapmalıdır", - Markarova bildirib.
 
Səfirin sözlərinə görə, qətnamə layihəsinin preambulasında qeyd olunur ki, Rusiyanın Ukraynada törətdiyi vəhşiliklər, eləcə də yüz minlərlə ukraynalının, o cümlədən uşaqların zorla Rusiyaya və müvəqqəti işğal olunmuş ərazilərə köçürülməsi, Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması üzrə BMT Konvensiyasının 2-ci maddəsində göstərilən meyarlara uyğundur.
 
Sənədin qətnamə hissəsində Rusiya Federasiyası soyqırım aktlarına görə pislənilir, ABŞ-ı NATO və Avropa İttifaqındakı müttəfiqləri ilə birlikdə Rusiya tərəfindən Ukrayna xalqına qarşı Ukrayna hökumətinə dəstək üçün gələcək tədbirlər görməyə çağırır ki, soyqırım aktlarının qasşısının alınması üçün Ukrayna hökümətinə dəstək üçün tədbirlər görməyə çağırış edir, Rusiya siyasi liderləri və hərbi qulluqçularını məsuliyyətə cəlb etmək üçün tribunalları və beynəlxalq cinayət araşdırmalarını dəstəkləyir.
 
Rusiyalıların Ukraynada hərbi cinayətləri
 
BMT-nin hesabatlarında da təsdiqləndiyi kimi, Rusiya ordusu Ukraynada müntəzəm olaraq hərbi cinayətlər törədir. 
 
Bu cinayətlər arasında sıx məskunlaşmış ərazilərdə güclü silahlardan fərq qoymadan istifadə etməkdən tutmuş məqsədli qətllər, işgəncələr və təcavüzə qədər müxtəlif növlər mövcuddur.
 
Hərbi əsirlərin müntəzəm olaraq öldürülməsi və Rusiya həbsxanalarında əsirlərə və oğurlanmış mülki şəxslərə qarşı işgəncələr ayrıca bir problemdir.
Link kopyalandı!
Son xəbərlər