Ekskluziv
1674
08 Jan 2025 | 15:12

"Ukrayna Silahlı Qüvvələri Kursk bölgəsində Rusiya dəniz piyadalarının qərargahlarını məhv edir" - "Forbes"

 
"Rusiyanın 810-cu dəniz piyadası briqadası USQ mövqelərinə uğursuz hücumlar nəticəsində tükənib..."
 
Ukrayna Silahlı Qüvvələrinin qərargahlarlna zərbələri Rusiyanın 810-cu dəniz piyadası briqadasının özünə gəlməsinə imkan vermir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
 
Nəşr yazır ki, Rusiyanın 810-cu dəniz piyada briqadası USQ mövqelərinə iki aylıq əsasən uğursuz hücumlar nəticəsində ciddi şəkildə tükənib.
 
Ukrayna qoşunları Kursk vilayətində Rusiyanın 810-cu dəniz piyada briqadasını məqsədyönlü şəkildə hədəfə alır. USQ Baş Qərargahının məlumatına görə, çərşənbə axşamı "dəqiq" hücum nəticəsində 810-cu dəniz piyada briqadasının Belaya qəsəbəsində yerləşən qərargahı vurulub. Bu, iki həftə ərzində briqadanın qərargahlarına endirilən ikinci zərbədir.
 
Nəşrin analitiki Devid Aks yazır ki, ukraynalıların hansı sursatlardan istifadə etdiyi bəlli deyil, lakin Belaya qəsəbəsi Sucanın şərqində cəmi 20 mil məsafədə yerləşir. Bu, Ukraynanın qərb istehsalı raketlərindən tutmuş ağır zərbə PUA-larına qədər geniş imkanlara malik olduğunu göstərir.
 
"Blokada vəziyyətində olan 810-cu dəniz piyada briqadası bu atəş gücünün əhəmiyyətli bir hissəsinə məruz qalıb", - deyə analitik bildirir və qeyd edir ki, daha əvvəl ukraynalılar briqadanın Lqovdakı qərargahına da zərbə endirib.
 
Lqovdakı hücumdan sonra 810-cu dəniz piyada briqadası qısa müddət istirahət üçün Plexovo qəsəbəsinə köçürülüb.
 
"2500 nəfərlik briqadaya fasilə lazım olub. Kursk əks-hücumlarında iştirak edən 810-cu dəniz piyada briqadası və ona bağlı olan, həmçinin faciəvi şəkildə tükənmiş 155-ci dəniz piyada briqadası iki ay ərzində əsasən uğursuz hücumlar nəticəsində ciddi itkilər verib", - Aks qeyd edir.
 
Belə ki, yanvarın 7-də Ukrayna Silahlı Qüvvələri 810-cu dəniz piyada briqadasının Poqrebki bölgəsindəki növbəti hücumunu dəf edib.
 
"Noyabrdan bəri rus dəniz piyadaları Poqrebkiyə azı 400 nəfərlik iki tabor göndərib, lakin yalnız itkilər verib və heç bir uğur qazanmayıb", - analitik vurğulayır.
 
Ukrayna Silahlı Qüvvələrinin işğalçıların qərargahlarına zərbələri
 
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində fəallaşmasından öncə Rusiyanın Kursk vilayətində yerləşən Lqov şəhərindəki 810-cu mühafizə dəniz piyada briqadasının komanda məntəqəsinin vurulduğu məlum olub. Bildirilir ki, düşmən zabit heyəti arasında itkilər verib.
 
Həmçinin, bu yaxınlarda Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Maryino qəsəbəsində Rusiya ordusunun komanda məntəqəsinə zərbə endirib.
Link kopyalandı!
Son xəbərlər