Ekskluziv
2024
08 Jan 2025 | 07:37

"İlon Mask ağır xəstədir və dəli ola bilər... Bu, ABŞ üçün böyük təhlükədir.."- Milyarderin bioqrafı...

"Mask sivilizasiya üçün vacib olan bir çox sənaye sahələrinə malikdir, buna görə də vəziyyət xüsusi narahatlıq doğurur..."
 
Amerikalı milyarder İlon Maskın bioqrafı Set Abramson bildirib ki, iş adamı ağır xəstədir və dəli ola bilər.
 
Moderator.az "Dailymail" nəşrinə istinadla xəbər verir ki, S.Abramson bu barədə "X" sosial şəbəkəsində yazıb.
Bioqraf Maskın psixi sağlamlığı ilə bağlı narahatlığının əsassız olmadığını bildirib.
 
“Mən Maskın son iki il ərzində onlayn davranışını izləyən bioqrafıyam və nəzərə alsaq ki, o, ruhi xəstəliyə, ağır narkotik istifadəsi və ağır stresə məruz qaldığını etiraf edib, indi onun ağır xəstə olmasından qorxmağa əsas var”, - deyə o yazıb.
“Onun növbəti prezident olması o deməkdir ki, onun ağlını itirməsi və zorakılığa getdikcə təhrik etməsi hamımızı təhlükə altına qoyur”, - milyarderin bioqrafı belə deyib.

Bundan əlavə, Abramson hazırkı prezidentin administrasiyasını ABŞ-ni Maskın təsirindən qorumaq üçün tədbirlər görməyə çağırıb.

Xüsusilə, o, Maskın şirkətləri ilə bütün müqavilələrə xitam verməyə, həmçinin onun "DOGE" təşəbbüsünü əngəlləmək üçün məhkəməyə müraciət etməyə, eləcə də yeni araşdırmalara başlamağa çağırıb.

“Heç bir tədbir görülməsə - və mən hansısa tədbir görüləcəyinə şübhə edirəm, - bu adam artan dəliliyi ilə yaxın illərdəki prezidentliyi dövründə Amerikanın başına nə oyun açacağı bilinmir. Və bunun məsuliyyəti yalnız  özünün və onu dəstəkləyənlərin və ya ona imkan verənlərin deyil, həm də bu kimi təcili, əsaslı xəbərdarlıqlara məhəl qoymayanların üzərinə düşəcək”, - deyə milyarderin bioqrafı vurğulayıb. 

Xatırladaq ki, daha əvvəl beynəlxalq  mediada Trampın İlon Maskın sırtıqlığından yorulmağa başladığı bildirilib.

Bundan əlavə, britaniyalı siyasətçilərin Trampı Maskla münasibətlərə yenidən baxmağa çağırması barədə daha əvvəl məlumat verilib.

P.S. Elə pulu, varidatı hədsiz çox olanların və nəfsini idarə edə bilməyənlərin əksəriyyəti başını itirib...

S.Laçın

Link kopyalandı!
Son xəbərlər