İrsi qan xəstəliyi olan hemofiliyadan əziyyət çəkən Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərovun sağlamlığında ciddi problemlər yaranıb.
Moderator.az xəbr verir ki, Fuad Əsgərov Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının onun sağlamlığı ilə bağlı verilən yalnış laboratoriya diaqnozlarına etiraz edir.
O, dövlət qrumlarına müraciət edərək onunla bərabər hazırda 1800-ə yaxın insanın həyatının təhlükə altında olduğunu bildirib. Qeyd edib ki 2023-cü ildə ona müalicə müddətində Faktor IX səviyyəsinin 6.6 % olması ilə bağlı rəsmi cavab verilib və son bir neçə ildə bu göstəriciyə uyğun müalicə alıb. Laborator müayinəyə əsasən F.Əsgərov yüngül formalı hemofiliya xəstəsi kimi müalicə alıb. Lakin bu müddət ərzində dəfələrə ona vurulan dərmanların öz təsirini göstərməməsi ilə bağlı mütamadi ciddi qanaxmalardan əziyyət çəkib.
2024-ci ilin dekabr ayında Rusiya Federasiyasının Moskva şəhərində şəxsi təşəbbüsü ilə Faktor IX göstəricisinə görə analiz verib və bu göstərici 1.9 % qeydə alınıb. Son nəticə onun ağır forma hemofiliya xəstəsi olmasını göstərib. Bu illər ərzində oynaqlarını ciddi zədələnib. İstənilən kiçik travma vaxtı ciddi qanaxma onun həyatı üçün ölüm təhlükəsi yaradıb. Faktorun düzgün istifadə olunmaması onun üçün ölümə bərabər olub.
Hazırda QHT sədri sağlamlığı üçün zəruri olan dərman preparatlarının istifadəsindən imtina edib. Bunu dərmanların pərakəndə təyinatı və istifadəsinin həyatına ziyan olması ilə əlaqələndirib.
O, bildirib ki, bütün bu neqativ və qeyri-peşəkar hallar inkişaf etməkdə olan Azərbaycanın səhiyyəsi üçün yolverilməzdi:
"Bizim müalicə və müayinələrimiz dövlət proqramı çərçivəsində dövlət büddcəsindən maliyyələşir. Bu hallar Respublika Kliniki Xəstəxanaya təyin olunan direktoru ixtisasca həkim ortoped Elviz Qasımov və gənc xanım müavin kosmetoloq Minə Adgözəlovanın təyinatından sonra baş verir".
Fuad Əsgərovun sözlərinə görə hemofiliyalı şəxslər bu barədə dəfələrlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi eyni zamanda TƏBİB rəhbərliyinə müraciətlər ediblər lakin heç bir müraciətlərinə ciddi reaksiya verilməyib.