Ekskluziv
1441
07 Jan 2025 | 14:05

"Zelenskinin trampçıların "dilində" müsahibəsi arzuolunan effekti verib" - "Politico"

 
"Yalnız Tramp Putini sülhə məcbur edə və Ukraynaya təhlükəsizlik zəmanətləri verə bilər..."
 
Vladimir Zelenskinin amerikalı aparıcı jurnalist Leks Fridmana verdiyi üç saatlıq müsahibə xüsusi olaraq Donald Tramp tərəfdarlarına yönəldilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
 
Nəşr yazır ki, indiyə qədər problem ondan ibarət olub ki, ABŞ-da trampyönümlü auditoriya Ukraynaya qarşı mənfi mövqe sərgiləyib.
 
Məqalə müəllifi vurğulayır ki,  Ukrayna prezidenti Vladimir Zelenski "MAGA dünyasını"nın rəğbətini qazanmağa çalışır. "Make America Great Again" (MAGA, yəni "Amerikanı yenidən möhtəşəm edək") Donald Trampın siyasi şüarıdır. Bu şüar ətrafında ABŞ-ın son onilliklərdəki sol-liberal hökumət siyasətindən narazı olan siyasətçilər, siyasi fəallar və seçicilər birləşib.
 
Nəşrin qeyd etdiyinə görə, bu insanlar ənənəvi mediaya etibar etmir, lakin sağçı, antiliberal düşərgəni təmsil edən ictimai fikir liderlərini məmnuniyyətlə dinləyir. Bu sıraya aparıcı Leks Fridman da daxildir.
 
"Zelenski siyasi mesajlarını trampyönümlü auditoriyaya xitab etmək üçün zarafatlar və söyüşlərlə qarışdırıb. Bu auditoriya ona çox vaxt düşməncəsinə yanaşır. Və görünür, bu, arzuolunan effekti verib, çünki hətta Trampın müşaviri Elon Mask da, adətən, Zelenskiyə qarşı sarkastik olsa da, bu müsahibəni heç bir şərh vermədən paylaşıb," - "Politico" vurğulayıb.
 
Məqalənin müəllifləri həmçinin Zelenskinin Trampa ünvanlanan açıq təriflərinə diqqət çəkib. Zelenskinin sözlərinə görə, yalnız Tramp Putini sülhə məcbur edə və Ukraynaya güclü təhlükəsizlik zəmanətləri verə bilər. O, əlavə edib ki, Tramp ABŞ seçkilərində qalib gəlib, çünki o, demokratlar Co Bayden və Kamala Harrisdən daha sərt olub.
 
Bundan əlavə, Zelenski Kiyevə yardıma qarşı çıxan respublikaçıların tez-tez manipulyasiya etdiyi Ukraynadakı korrupsiya mövzusuna toxunub. Ukrayna prezidenti vurğulayıb ki, Ukraynada Avropanın ən yaxşı antikorrupsiya sistemi yaradılıb və bu irəliləyiş Avropa İttifaqı tərəfindən tanınıb. Bununla yanaşı, o əlavə edib ki, korrupsiyanı tamamilə aradan qaldırmaq müəyyən bir vaxt tələb edir.
 
Fridmanla müsahibədə Zelenskinin digər bəyanatları
 
Xəbər verildiyi kimi,  Vladimir Zelenski Budapeşt Memorandumu imzalayanlar haqqında açıq şəkildə sərt ifadələr işlədib. O, xatırladıb ki, 2014-cü ildə Rusiyanın təcavüzündən sonra Ukrayna üç dəfə təminatçılara müraciət edib, lakin bu müraciətlərə məhəl qoyulmayıb.
 
Bundan əlavə, Zelenski Putinin rus xalqını sevdiyi iddiasını təkzib edib. Ukrayna prezidenti xatırladıb ki, Putin Ukraynada yüz minlərlə vətəndaşını ölümə göndərib.
Link kopyalandı!
Son xəbərlər