Tramp Putinin dostu olacaqmı?.. -
Ekskluziv
1440
07 Jan 2025 | 08:28

Tramp Putinin dostu olacaqmı?.. -"Deyli Telegraf"ın analitikası

Evans-Pritçard Trampın “yeni doktrinası”nın Reyqanın “güc vasitəsilə sülh” strategiyasına bənzəyəcəyini ehtimal edir. Əsas vurğu Kremlin resurslarının tükənməsidir...
 
Vladimir Putinin ABŞ prezidenti Co Baydendən qurtulmaq və Qərbin zəifləməsini gözləmək planı gözlənilməz maneə ilə – Donald Trampla qarşılaşıb.
 
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, "Deyli Teleqraf"("Daily Telegraph")-ın iqtisadi şərhçisi Ambrouz Evans-Pritçarda görə, Tramp özünü Ukraynayönümlü sərt siyasət tərəfdarları ilə əhatə etməkdədir.
 
Evans-Pritçard qeyd edir ki, Tramp Rusiya iqtisadiyyatına təzyiq göstərməkdə ABŞ-nin xeyrinə olan sülhün əldə olunmasına kömək edərsə, Baydendən də irəli getməyə hazır ola bilər.
 
Bildirilir ki, Kiyev hadisələrin bu dönüşünə ehtiyatla sevinir və avropalı diplomatlar artıq Trampın ikinci prezidentliyi perspektivini Ukrayna üçün daha az təhdid kimi qiymətləndirirlər.
 
 "Atlantic Council"in professoru Alan Rayli “İndi tamamilə aydın olur ki, Tramp Ukraynanı avtobusun altına atmaq fikrində deyil”, - deyə bildirir.
Onun sözlərinə görə, Trampın müşavirləri eks-prezidenti inandırıblar ki, Kiyevə dəstəyin kəsilməsi strateji fəlakət olacaq və Ukraynanın şərqi Çini cilovlamaqda mühüm forpostdur.
 
Pentaqonun və MKİ-nin keçmiş rəhbəri Leon Panetta bu yanaşma ilə razıdır:
 
“Tramp Ukraynanı Putinə verməkdə ittiham olunmaq istəməyəcək”
 
Evans-Pritçard Trampın “yeni doktrinası”nın Reyqanın “güc vasitəsilə sülh” strategiyasına bənzəyəcəyini ehtimal edir. Əsas vurğu Kremlin resurslarının tükənməsidir...
 
Trampın keçmiş müşaviri Robert O'Brayen, xüsusilə enerji sektorunda sanksiya təzyiqinin vacibliyini vurğulayır.
 
Dövlət katibi olacağı ehtimal edilən Marko Rubio da oxşar mövqedən çıxış edir. Onun sözlərinə görə, Ukraynanın danışıqlar masası arxasında üstünlüyünü qoruyub saxlaması vacibdir...
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər