Bizi sosial şəbəkələrdən izləyin:
Yanvarın 6-dan 7-ə keçən gecə - bir sıra xristianların Milad gecəsi Rustaveli prospektində keçirilən mitinqə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili də qatılıb.O, bildirib ki, əsas qələbə xalq birliyidir və Gürcüstanı bu günə gətirən də məhz bu qələbədir.
Moderator.az bu haqda "Sova" nəşrinə istinadla xəbər verir.
“Bu, cəmiyyətin yenilməz olmasının qeyri-adi əlamətidir. Sonda qələbənin olacağına inanırsansa, 40 gün heç bir şeydir, 80 gün də heç bir şeydir. Düşünürəm ki, burada olan hər kəsin daxili inamı var (və bu gün inanc günüdür) bu, o qədər real səbəb və məqsəddir ki, qalib gəlməmək və bu ölkəni getməli olduğu yerə qaytarmamaq mümkün deyil. Qarşıda bütün bunlar var və biz buna nail olacağıq, əminəm”, - Zurabişvili bildirib.
Qərb tərəfdaşları tərəfindən “Gürcü arzusu”nun tanınmaması və gürcü xalqının dəstəyindən danışan beşinci prezident vurğulayıb ki, bütün 40 günlük etiraz aksiyası (2024-cü il noyabrın 28-dən, Gürcüstanın baş nazirinin Avropa İttifaqı ilə üzvlük danışıqlarına başlamaq niyyətinin dondurulduğunu elan etdiyi vaxtdan başlayaraq - red.) Qərb etirazçıları dəstəkləyir və bu çox vacibdir.
“Rustaveli prospekti bizə qələbə gətirəcək yerdir. Qalanı vacib və zəruridir, amma əsas odur...
Bu gün biz burada birlikdəyik. Milad gecəsində bir yerdəyik və düşünürəm ki, bizi birləşdirən əsas hiss budur. Gürcüstanı əsrlər boyu xilas edən birlikdir. Əgər biz bu birliyə nail ola bilsək və təkcə bayramlarda deyil, hər gün <...> - lazım olduğu qədər, o zaman bu, qələbə olacaq və Gürcüstanı bu günə gətirib çıxaracaq”, - deyə Zurabişvili vurğulayıb.
S.Laçın