Bizi sosial şəbəkələrdən izləyin:
“Çünki Azərbaycan təyyarəsinin vurulma əmrini birbaşa Kadırov verib. Lakin bu da yenə Rusiya prezidenti Putinin günahıdır. Ona görə ki, Hərbi Hava Qüvvələri elə bir qoşun növü deyil ki, hansısa bir əyalətin rəhbəri ona əmr vermək səlahiyyətinə sahib olsun...”
“Rusiya səmasında Bakı-Qroznı reysi ilə uçan təyyarənin vurulmasına görə kompensasiyanın ödənməsi Azərbaycan rəhbəri İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putindən asılıdır. Təsəvvür edin ki, kəndirin bir ucundan Putin tutub, o biri ucundan İlham Əliyev və hər biri kəndiri var gücü ilə dartır. Amma həmin kəndir ortada Ramzan Kadırovun boğazına dolanıb. Və həm Moskvadan, həm Bakıdan kəndir dartıldıqca Kadırov daha şiddətlə boğulur. Çünki “AZAL” təyyarəsinin vurulma əmrini birbaşa Kadırov verib. Lakin bu da yenə Rusiya prezidenti Putinin günahıdır. Ona görə ki, Hərbi Hava Qüvvələri elə bir qoşun növü deyil ki, hansısa bir əyalətin rəhbəri ona əmr vermək səlahiyyətinə sahib olsun”.
Bu fikirləri Moderator.az-a açıqlamasında “Əgər Bakı-Qroznı reysi ilə uçan Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri(HHMQ) tərəfindən vurulması rəsmən təsdiqini taparsa, Rusiya dövləti Azərbaycan dövlətinə kompensasiya ödəyəcəkmi?” sualını cavablandırarkən politoloq Zərdüşt Əlizadə ifadə edib.
“Mən özüm Hava Hücumundan Müdafiə Qüvvələrinin keçmiş zabitiyəm. İki il Misirdə həmin qüvvələrin baş qərargahında xidmət etmiş, 15 komanda-qərargah təlimini təqib etmişəm. O zaman Misir HHMQ-si ən müasir silahlarla silahlanmışdı. Mən də 5 barmağım kimi bilirəm HHMQ-nin iş sistemini... Yəni bu, vahid komanda ilə idarə olunan sistemdir. Əgər Kadırov hansısa bir “Pantsir” bölüyünə Azərbaycan sərnişin təyyarəsini vurmağı əmr veribsə və həmin təyyarənu vurduğuna görə öz qohumu Həmzət Kadırovu mükafatlandırıbsa, bu o deməkdir ki, Rusiya dövlətində təmərküzləşmə itib və ölkədə dərəbəylikdir. Odur ki, Qroznı üzərində təyyarəmizin vurulması Putinin günahıdır...
Özü də banditdir, Kadırov da banditdir. Böyük bandit kiçik banditi Çeçenistanın baş banditi qoyub. Məlumdur ki, Ramzan da Moskvadakı mərkəzi hakimiyyətdə Putindən başqa heç kəsi adam yerinə qoymur. Nə Müdafiə Nazirliyini, nə Daxili İşlər Nazirliyini, nə İstintaq Komitəsinin sədri Bastrıkini, nə “FSB” rəhbərini- heç kəsi saya saymır. Amma bununla belə, deyir ki, mən Putinin piyada əsgəriyəm. Putin də Kadırovu ona görə saxlayır ki, o, çeçen xalqını əzir, o xalqın bütün iradəsini sındırıb, sərt istibdad və terror rejimi yaradıb”, -deyə davamında politoloq diqqətə çatdırıb.
Sultan Laçın