Bizi sosial şəbəkələrdən izləyin:
Girovların mübadiləsi yalnız İsrailin daimi atəşkəsə və Qəzza zolağından qoşunların çıxarılmasına razılıq verəcəyi təqdirdə mümkün olacaq...
"HƏMAS" terror qruplaşmasının yaraqlıları İsraillə atəşkəs razılaşması çərçivəsində 34 israilli girovun dəyişdirilməsi təklifi ilə razılaşıblar.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə “Reuters” "HƏMAS" nümayəndəsinə istinadən məlumat yayıb.
"Fələstinin "HƏMAS" silahlı qruplaşması İsrailin təklif etdiyi mümkün atəşkəs razılaşmasının bir hissəsi kimi dəyişdirilə biləcək 34 girovdan ibarət siyahını təsdiqləyib", - məlumatda belə deyilir.
"HƏMAS" rəsmiləri bildiriblər ki, girovların dəyişdirilməsi yalnız İsrailin daimi atəşkəsə və qoşunların Qəzza zolağından çıxarılmasına razılıq verəcəyi təqdirdə mümkün olacaq.