Bizi sosial şəbəkələrdən izləyin:
Avstraliyanın Melburn şəhərində Etihad Airways aviaşirkətinə məxsus təyyarənin təkərləri havaya qalxarkən partlayıb.
Moderator.az xəbər verir ki, bu barədə yerli KİV yazır.
Təyyarə yanvarın 5-də BƏƏ-nin Əbu-Dabi şəhərinə uçmalı idi. Lakin ekipaj hərəkətə başlayandan bir neçə dəqiqə sonra iki təkərin zədələnməsi səbəbindən uçuşu dayandırmalı olub.
Təyyarənin göyərtəsində 289 sərnişin olub, onlar uğurla təxliyə edilərək terminala qaytarılıb. Heç kim xəsarət almayıb.
Yeni il gecəsi stüardessaya təcavüz edən şəxs ittiham olunur
UK Mirror-un məlumatına görə, insidentdən sonra uçuş-enmə zolağı bağlanıb və daha bir neçə reys təxirə salınıb. Etihad Airways bütün sərnişinlərin təhlükəsiz şəkildə təxliyyə edildiyini təsdiqləyib.