Ekskluziv
1562
05 Jan 2025 | 18:50

"Xoşbəxtliyin yeganə "açarı" müəyyən EDİLDİ - ALİMLƏR AÇIQLADI

İnsanların ömür boyu xoşbəxtliyi əsasən münasibətlərin möhkəmliyindən asılıdır. Bu münasibətlər “həyatımızda etdiyimiz hər şeyin və kimliyimizin ayrılmaz hissəsidir”.
 
Bu nəticəyə "Yaxşı həyat" kitabının müəllifləri, Massaçusets Xəstəxanası nəzdində Harvard Tibb Məktəbinin psixiatriya üzrə və psixologiya üzrə professorları doktor Robert Uoldinger və doktor Mark Şults gəlib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Fortune" jurnalı yazıb.
 
Alimlər uzun illər ərzində aparılan tədqiqat zamanı iştirakçılara çətinlikləri necə dəf etdikləri barədə sual ünvanlayıb və xoşbəxtliyin nədən asılı olduğunu müəyyən edib.
 
Müəlliflər kitabda hazırkı dövrə qədər xoşbəxtlik haqqında aparılmış ən uzunmüddətli elmi araşdırmaya istinad edib  Bu tədqiqat 1938-ci ildə başlayıb və əvvəlcə Harvardın 724 tələbəsi ilə Bostonun az təminatlı ailələrindən olan oğlanların həyatını öyrənib. Daha sonra araşdırma genişləndirilib və ilkin iştirakçıların həyat yoldaşları və övladları daxil olmaqla 2000-dən çox insanı əhatə edib.
 
"Tədqiqatçılar hər beş ildən bir iştirakçıların tibbi qeydlərini toplayıb, DNT testləri keçirib və hər iki ildən bir onların həyat və rifahı barədə anketlər alıb. Təxminən hər 15 ildən bir tədqiqatçılar iştirakçılarla şəxsən müsahibələr keçirib. Onlar xoşbəxtliyin açarını tapmaq ümidi ilə iştirakçıların həyatını izləyib. Və bu açar yaxşı sağlamlıqda olmayıb", - jurnal qeyd edib.
 
Xoşbəxtlik tədqiqatında iştirak edənlərdən çətinlikləri necə dəf etdikləri barədə sual ünvanladıqda, onların həyatında ümidin əsas dayağı digər insanlarla əlaqələri olub.
 
İştirakçılar yaşlandıqca, təəssüflərini bölüşənlər, əsasən, ailə və dostlarla kifayət qədər vaxt keçirmədiklərinə və karyera uğurları və pul kimi ilk baxışda əhəmiyyətsiz məsələlərə həddən artıq diqqət yetirdiklərinə görə peşmançılıq hiss edib.
 
"Bu, nailiyyətlərin əhəmiyyətsiz olması və ya məmnunluq gətirməməsi demək deyil. Əlbəttə ki, bunlar da əhəmiyyətlidir. Amma münasibətlərimizi qurban verdikdə, biz məhz o zaman
sonucda buna təəssüflənirik və yaşaya biləcəyimiz qədər yaxşı bir həyat yaşamırıq”, - deyə Uoldinger vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər