19:58
4°C
Bakı
“Azərbaycan yeni ildə 2024-cü ildəki uğurlarını inkişaf etdirəcək, planlaşdırdığı hədəflərə çatmaq üçün iradə sərgiləyəcək”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, ölkəmizin iqtisadi potensialı, siyasi qətiyyəti müəyyənləşdirdiyi bütün hədəflərə çatmağa imkan verir:
“Azərbaycanın strateji planı bəllidir. Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirmək, strateji layihələri həyata keçirmək üçün hər şeyi edəcək. Bunun üçün bütün gərəkli imkan və potensial mövcuddur.
Azərbaycanın “Böyüş qayıdışı” layihəsi də davam etdiriləcək. Bu, dövlətimiz üçün son dərəcə əhəmiyyətli bir məsələdir.
Qarabağın, Şərqi Zəngəzurun inkişafı ölkə iqtisadiyyatımıza yeni güc qazandıracaq”.
Seymur ƏLİYEV