“2024-cü ildə bir çox uğurlarımız oldu. Akademik Milli Dram Teatrı başqa ölkələrdə uğurlu çıxışlar etdi, yaxşı səs-soraq qazandılar. Mədəniyyətimiz adına 2024-cü ildə bir çox yaxşı işlər, yaxşı hadisələr oldu”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Valeh Kərimov bildirib. Xalq artisti qeyd edib ki, xalq və dövlət olaraq da 2024-cü ildə bir sıra sahələrdə ciddi müvəffəqiyyətlər əldə edilib:
“Demək olmaz ki, bütün sahələrdə işlər yaxşıdır, uğurlar fondan vurur. Amma uğurlu işlər həqiqətən də olub və bunu qeyd etmək lazımdır.
Cənab Prezidentimizin sayəsində ölkəmiz 2024-cü ildə də dünyaya səs-soraq saldı. Qarabağımızda böyük işlər görüldü.
Bunların hamısı sevindirici xəbərlərdir və xalq olaraq, dövlət olaraq uğurlarımızdan xəbər verir”.
Seymur ƏLİYEV