Rusiya -Ukrayna müharibəsi hansı ŞƏRTLƏRLƏ BİTƏ BİLƏR?
Ekskluziv
2167
04 Jan 2025 | 16:20

Rusiya -Ukrayna müharibəsi hansı ŞƏRTLƏRLƏ BİTƏ BİLƏR?

Artıq 2025-ci ili yaşayırıq, Ukrayna ilə Rusiya arasındakı müharibə hələ də davam edir.  Bu barədə Almaniyanın "Bild" nəşri yazıb. Bildirilib ki, Almaniya Rusiya Prezidenti Vladimir Putinin müharibəni bu il bitirə biləcəyinə ümid edir: "Çünki artıq bu barədə siqnallar var". Nəşrin iddiasına görə, Kreml regionları 2026-cı il seçkilərinə hazırlayır və müharibənin başa çatması qələbə kimi təqdim ediləcək.
 
Bəs görəsən Almaniya nəşrinin iddiaları nə dərəcədə doğrudur? Rusiya-Ukrayna müharibəsi 2025-ci ildə bitə bilərmi? 2022-ci ildən bu yana davam edən müharibənin hansı tərəfin qələbəsi ilə bitəcək?
 
Mövzu ilə bağlı Maderator.az-açıqlama verən  “Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya Ukrayna müharibəsinin bitməsi üçün əslində işğala son qoyulmalıdır:
 
Politoloq: "Laçın dəhlizi nəzarətə götürülməsə, başımızı hələ çox  ağrıdacaq" | Kaspi.az
 
“Bütün cəhdlərə rəğmən Rusiya işğaldan vaz keçmir. Əksinə, işğalı genişləndirməyə çalışır. Rusiya Ukrayna ərazi bütövlüyünü təmin etməyə səy göstərir. Belə vəziyyətdə sülh əldə etmək çox çətin olacaq. Çünki mövqelər arasında 180 dərəcə fərq var. Müharibə qızğın şəkildə davam edir. 
 
Düzdür, Donald Tramp andiçmə mərasimindən sonra söz verib ki, müharibəni dayandıracaq, amma necə dayandıracaq? Bu haqda hələ heç bir informasiya yoxdur. Planı varsa da, bunu həyata keçirmək çox çətin olacaq. Çünki Ukrayna hələ ərazi bütövlüyünü təmin etməyib. Rusiyada elə istədiyi əraziləri tam işğal edə bilməyib. Atəşkəs olarsa, müvəqqəti dayana bilər. Bu, Ukraynanın zərərinə olacaq, çünki Ukrayna ərazilərini itirəcək. Amma bütün hallarda fevralda artıq müharibə üçüncü ili tamam olacaq. Hər iki tərəfdə də yorğunluq da hiss olunur, itkilərin sayı artır. Mümkündür ki, müharibə atəşkəs dayandırılsın. Amma yenə də təkrar edən bu, Ukraynanın xeyrinə olmayacaq. Rusiyada tam istəyinə nail olmayacaq. Çünki Rusiya özünə birləşdirdiyi dörd bölgəni- Xerson, Luqansk, Zaporojiya, Donetsk bölgələrinin administrativ sərhədlərinə qədər Ukraynanı işğal etmək istəyir. Müvəqqəti şəkildə atəşkəs ola bilər, amma hər iki tərəfə budan razı qalmayacaq”.
Link kopyalandı!
Son xəbərlər