Bizi sosial şəbəkələrdən izləyin:
Göyərtəsində 236 sərnişinin olduğu "Ural Hava Yolları"na məxsus "Airbus A321" təyyarəsi Misirin Şarm əl-Şeyx şəhərinin hava limanına məcburi eniş edib.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, Şarm əl-Şeyxdən Yekaterinburqa uçan təyyarə mühərriklərdən birində yaranan nasazlıq səbəbindən Misirə qayıtmağa məcbur olub.
"TASS"-ın Misirin Mülki Aviasiya Nazirliyinə istinadla verdiyi məlumata görə, ilkin məlumata görə, itki yoxdur.
Xatırladaq ki, 2015-ci ildə Rusiyanın “Koqalımavia” şirkətinə məxsus "Airbus-321" sərnişin təyyarəsinin Misirin Sinay yarımadasında qəzaya uğrayaraq tamamilə parçalanması nəticəsində uçaqdakı 217 sərnişin və 7 heyət üzvü həlak olub. Təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburq şəhəri istiqamətində uçuş həyata keçirmək üçün havaya qalxıb, lakin 23 dəqiqə sonra təyyarə radarlardan itib. Şarm-əl-Şeyx aeroportundan bildirilib ki, təyyarə 9000 km hündürlükdə olarkən pilot mühərrikdə nasazlıq yaranması barədə dispetçer məntəqəsinə məlumat verib. Sonra onunla əlaqə itib...
S.Laçın