Ekskluziv
2571
04 Jan 2025 | 07:49

"Biz Rusiyanın cır-cındırı deyilik”: Baş nazirə qarşı mitinq keçirildi...-FOTOLAR

Cümə günü, yanvarın 3-də Bratislavada Slovakiyanın hökumət binası yaxınlığında hərbi cinayətkar, Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüşünə görə qınanan hazırkı baş nazir Robert Fitsonun siyasətinə qarşı izdihamlı nümayiş keçirilib.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə yerli “Aktuality” nəşri məlumat yayıb.
 
Slovakiyanın “Mír Ukrajne” ictimai birliyinin təşkil etdiyi etiraza ölkə paytaxtının 4 minə yaxın sakini qatılıb.
 
Mitinqdə çıxış edənlər hökumət binası qarşısına toplaşanlara müraciət edərək, “Biz Rusiyanın cır-cındırı deyilik” deyib.
 
Robert Fitso hökuməti Slovakiyanı Rusiyanın təsir dairəsinə keçirmək istəyində ittiham olunub. Üstəlik, mitinqdə Rusiyanın Slovakiyanı “işğalının” artıq başladığı barədə bəyanatlar səslənib.
Aksiya təşkilatçıları “Biz Rusiya deyilik” şüarlarını səsləndiriblər və həmin sözlər izdiham tərəfindən dəstəklənib.

Aksiyada həmçinin 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı işğalından sonra ukraynalıların üzləşdiyi hava hücumlarını xatırlatmaq üçün həyəcan siqnalları səsləndirilib.

Etirazlar zamanı baş nazir Fitso hökumət binasında olmayıb.

"Dennik N" nəşrinin məlumatına görə, o, hazırda Vyetnamdadır və burada beşulduzlu "Capella Hanoi" otelində və təbii ki, "Grand Opera Madam Butterfly" adlı ən dəbdəbəli nömrədə qalır. Orada bir gecə təxminən 6 min avroya başa gəlir.

Slovakiya qəzetinin jurnalistləri otelə telefonla zəng vurub Fitso ilə əlaqə saxlamaq istəyiblər, lakin o, heç kimin telefon zənginə cavab verməyib.

Xatırladılır ki, dekabrın 22-də Slovakiyanın baş naziri Robert Fitso Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya qazı Ukraynadan tranzitinin uzadılmasının mümkünsüzlüyü barədə bəyanatından sonra Kremlin sahibi Vladimir Putinlə “uzun söhbət” etdiyi Moskva səfərinə gedib. Bu görüş müxalif siyasi qüvvələrin və ictimaiyyətin kəskin mənfi reaksiyasına səbəb olub.

S.Laçın

Link kopyalandı!
Son xəbərlər