“Kiçik, əhəmiyyətsiz işlər bəribaşdan unudulmağa məhkumdur!”
Ekskluziv
1675
03 Jan 2025 | 11:35

“Kiçik, əhəmiyyətsiz işlər bəribaşdan unudulmağa məhkumdur!”

“Hər bir böyük iş həm yaddaşlarda, həm də tarixdə qalır. Başqa sözlə desək, o iş ki, ciddi və  önəmli deyil, nə yaddaşda, nə də tarixdə qalmır”.

 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, kiçik, əhəmiyyətsiz işlər bəribaşdan unudulmağa məhkumdur:

 

“Sənətin, yaradıcılığın hansı sahəsi olursa-olsun,böyük, əhəmiyyətli, tarixdə iz qoyan əsərlər yaratmaq lazımdır. Xalqa faydalı olmağn, habelə, tarixdə yaşamğın yeganə yolu budur.

 

Kiçik, əhəmiyyətsiz işlər bəribaşdan unudulmağa məhkumdur. Bu cür işlər nə tarixdə, nə də insanların yaddaşında qalmır. Ona görə də çalışmaq lazımdır ki, nəysə yaradılırsa, bu, xalq üçün, gələcək üçün faydalı olsun. Əgər bu yoxdursa, o zaman yaradılan istənilən əsər yaşaya, ürəklərə yol tapa bilməyəcək. Arzu edirəm ki, biz yeni ildə bu cür yeni, qiymətli, tarixdə və ürəklərə yaşayacaq əsərlərin yaranışına şahid olaq”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər