Bizi sosial şəbəkələrdən izləyin:
Dünən - yanvarın 2-də də Tiflis və Batumidə xalqın İvanişvili iqtidarına qarşı etiraz aksiyaları davam edib...
“Yeni ildən sonra etirazların intensivliyinin azalacağına ümid edənlər, siz bunu da hesablaya bilmədiniz!”
Moderator.az "Sova" nəşrinə istinadla xəbər verir ki, Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili sosial şəbəkələrdə belə yazıb.
“Siz nə Amerikanın reaksiyasını, nə Veymar üçbucağının bəyanatını, nə Fransa prezidentinin təbrikini, nə də Almaniyanın sanksiyalarını hesablaya bilmədiniz.
Bunu başa düşmək və cəhalətdə günahlandırmaq olar, amma xarakteri, dözümlülüyü, xalqa münasibəti hesablaya bilməməyi bağışlamaq olmaz! Onlar orada bu gün dururlar, sabah da olacaqlar - onlar yorulmayacaqlar!” – Salome Zurabişvili "Facebook"dakı paylaşımında bildirib.
Qeyd edək ki, Gürcüstanın digər saytlarının yaydığı məlumata görə, dünən - yanvarın 2-də də Tiflis və Batumidə xalqın İvanişvili iqtidarına qarşı etiraz aksityaları davam edib...
S.Laçın