Ekskluziv
1885
02 Jan 2025 | 16:21

"Putin Trampla görüşü pozub və onun sülh planını rədd edib" - Qordon

 
"İndi söz ABŞ-ın bütün gücü və qüdrətini işə salacağını vəd edən Trampdadır..."
 
24 dekabr 2024-cü ildə 90-95 faiz ehtimalla müharibənin aktiv fazasını sona çatdıracaq tarixi bir görüş baş tutmalı idi. Dekabr ayının əvvəllərində Vaşinqtonda olduğum zaman ilin sonuna Tramp və Putin arasında görüşün planlaşdırıldığını öyrəndim. Daha sonra Vaşinqtondakı bir neçə mənbəm mənə görüşün 30 dekabr 2024-cü il tarixdə baş tutacağını söyləyib.
 
Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet-nəşrinin təsisçisi Dmitri Qordon öz nəşrindəki bloqunda yazıb.
 
"Beləliklə, Putin və Tramp arasında görüş məhz həmin gün keçirilməli idi. Əvvəlcə onun üzbəüz görüş olması planlaşdırılıb, daha sonra tərəflər onun videokonfrans formatında keçirilməsinə razılaşıb. Bu, bir sıra mühüm məqamları həll edəcək və bunun əsasında müharibənin qaynar fazasının sona çatmasına səbəb olacaq bir söhbət olmalı idi.
 
İndi isə ABŞ ilə Rusiya arasında danışıqların təfərrüatlarından və nəhayət, Tramp və Putin arasındakı tarixi görüşün niyə baş tutmadığından bəhs etmək istəyirəm.
 
Həm Trampın, həm də Putinin komandaları görüşə əvvəlcədən və diqqətlə hazırlaşıb. Hazırlıqlar əslində Trampın ABŞ prezidenti seçkilərində qalib gəldiyi elan edilən günün ertəsi günü başlayıb.ABŞ-da görüşün 2024-cü ilin sonuna qədər keçiriləcəyinə olan inam o qədər güclü olub ki, dekabrın 18-də ABŞ-ın Ukrayna və Rusiya üzrə gələcək xüsusi nümayəndəsi Kit Kelloq "Fox Business" efirində demək olar ki, sensasiya doğuran açıqlama verib. O, müharibənin 2024-cü ilin sonuna qədər başa çatacağını bildirib.
 
General Kit Kelloq deyib: "İndi bunun üçün ideal vaxtdır. Mən həqiqətən inanıram ki, seçki kampaniyasında müharibəni bitirəcəyinə söz verən Tramp bu vədini yerinə yetirəcək. Düşünürəm ki, bu, cari ildə baş verəcək. Bunun üçün o, lazım olan bacarıq və imkanlara sahibdir."
 
Növbəti gün, dekabrın 19-da Putin bildirib ki, Tramp ilə dörd ildir əlaqə saxlamayıb, lakin onunla əlaqə qurmağa və görüşməyə hazırdır. İki gün sonra, dekabrın 21-də isə Tramp müharibəni bitirmək üçün Putinlə görüşü gözlədiyini açıqlayıb.
 
Mənim məlumatıma görə, ötən həftə ABŞ və Rusiya arasında intensiv danışıqlar aparılıb və Tramp və Putinin zirvə görüşü planlaşdırılıb.
 
Dünən siz bunun açıq təsdiqini görə bilərdiniz. Bir çox KİV-lər, xüsusi "Rossiya" uçuş dəstəsinə aid RA-96023 bort nömrəli İl-96-300 təyyarəsinin Vaşinqton və Nyu-Yorkda bir neçə gün qaldığına diqqət yetirib. Qeyd etmək istəyirəm ki, sanksiyalar səbəbindən Rusiya təyyarələri ABŞ-a
yalnız fövqəladə hallardan başqa ümimyyətlə uçmur.
 
Məlumdur ki, bu təyyarədən vaxtilə Medvedev, Lavrov və Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Narışkin istifadə edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu uçuşu "növbəti diplomat rotasiyası" adlandıraraq məsələni yumşaltmağa çalışıb.
 
Mənim məlumatıma görə, təyyarədə bu günkü yüksək səviyyəli danışıqlara hazırlıq üçün ABŞ-a gəlmiş Rusiya nümayəndə heyəti olub və ona Patrushev rəhbərlik edib. Mənim bir mənbəm bunun Patrushev deyil, Narışkin olduğunu iddia edir.
 
Nümayəndə heyətinin rəhbəri, - məncə bu Patrushev olub, - Amerika komandası, o cümlədən Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolts ilə danışıb.
 
Bu müddət ərzində Rusiya nümayəndə heyəti ABŞ-da olarkən Ukraynaya raket və dron hücumları minimuma endirilib. Məsələn, bu günlərdə Kiyevdə hava hücumu siqnalları eşidilməyib. Xarkov və digər şəhərlərin sakinləri də eyni şeyi deyir. Trampın xahişi ilə ruslar danışıqlar zamanı vəziyyəti gərginləşdirmək istəməyib.Təəssüf ki, bu danışıqlar Rusiya tərəfinin demarşı səbəbindən nəticəsiz qalıb.
 
Rusiyanın tələbləri nədən ibarət olub? 
 
- Döyüş əməliyyatlarının dayandırılmadan danışıqların başlanması.
- Ukraynanın NATO-ya üzvlüyünün qarşısının alınması və bunun beynəlxalq hüquqi təminatlarla möhkəmləndirilməsi;
- Ukraynanın hərbsizləşdirilməsi;
- Ukraynanın "denasifikasiyası";
- Ukraynada NATO-nun sülhməramlı qüvvələrinin yerləşdirilməməsi;
- Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması.
 
Əlbəttə, bu şərtlər Ukrayna üçün qətiyyən məqbul deyil.
 
ABŞ-ın cavab tələbləri nədən ibarət olub? 
 
- Danışıqlara başlamaq üçün döyüş əməliyyatlarının dayandırılması;
- 1300 km uzunluğunda demilitarizasiya zonasının yaradılması;
- Ukraynanın NATO-ya üzvlüyünün 20 il müddətinə təxirə salınması;
- Ukraynanın yenidən silahlandırılması;
- Rusiyaya qarşı bəzi sanksiyaların mərhələli şəkildə ləğv edilməsi.
- Ukrayna və dünya tərəfindən Rusiyanın işğal etdiyi ərazilərin sonradan diplomatik yolla geri qaytarılması.
 
Nəticə
 
Putin Trampın sülh planını rədd etdi və görüşü pozdu. İndi bütün dünya Trampın cavabını gözləyir.
 
Nəticə olaraq nə əldə etdik? Putin Trampın sülh planını qəti şəkildə rədd edib və komandalar tərəfindən uzun müddət və diqqətlə hazırlanmış görüşü pozub.Bu görüş müharibənin aktiv fazasına son qoymalı və bunu təmin etməli idi.
 
Donald Tramp dəfələrlə açıq şəkildə bəyan edib ki, onun planını qəbul etməyən tərəfə qarşı ABŞ-ın sahib olduğu bütün gücü və qüdrətini işə salacaq.
 
Yəni Ukraynanı tamamilə ən yeni silahlar, o cümlədən "Tomahawk" raketləri ilə sürətlə təchiz edəcək, Rusiyaya qarşı sanksiyaları gücləndirəcək və neftin və enerji resurslarının qiymətlərini aşağı salacaq. İndi bütün dünya və Ukrayna Donald Trampdan bu vədlərin yerinə yetirilməsini gözləyir. Söz sizdədir, cənab prezident!".
Link kopyalandı!
Son xəbərlər