Macarıstan Avropa İttifaqından bir milyard avro dəyərində yardım almaq hüququnu itirib
Ekskluziv
2412
02 Jan 2025 | 14:24

Macarıstan Avropa İttifaqından bir milyard avro dəyərində yardım almaq hüququnu itirib

 
"Ümumilikdə, Avropa Komissiyası Macarıstana ayrılmış təxminən 19 milyard avronu bloklayıb..."
 
Macarıstan Avropa İttifaqından 1,04 milyard avro məbləğində yardım almaq hüququnu itirib.
 
Moderator.az xəbər verir ki, bu barədə yanvarın 1-də Avropa Komissiyası mətbuat katibinin məlumat verib. Məlumatı "dw.com" nəşri yayıb.
 
Məlumatda deyilir ki, bu vəsaiti əldə etmək üçün Macarıstan 2024-cü ilin sonuna qədər hüquq sahəsində islahatlar aparmalı olub.
 
Avropa İttifaqının bu pullar Budapeştə struktur baxımından zəif bölgələrə dəstək proqramları çərçivəsində təqdim edilib, lakin 2022-ci ilin sonunda Avropa Komissiyasının Macarıstanın Avropa İttifaqının demokratik standartlarını və əsas dəyərlərini pozduğuna dair nəticəyə gəlməsindən sonra bu vəsaitlər dondurulub. 
 
Söhbət korrupsiya, rüşvətxorluq, maraqların toqquşması ilə mübarizə tədbirlərindən, siyasi partiyaların maliyyələşdirilməsi və media müstəqilliyi məsələlərindən gedib.
 
"Macarıstan hüququn aliliyi ilə bağlı Avropa Komissiyası üçün həqiqi sistemli problem yaradır", - deyə 2024-cü ilin iyun ayında hüququn aliliyinə dair hesabatın təqdimatında ədalət məsələləri üzrə Avropa komissarı Didye Reynders bildirib.
 
Onun sözlərinə görə, Budapeşt hüququn aliliyinin pozulması ilə bağlı əvvəlki illik hesabatda aşkar edilmiş pozuntuların aradan qaldırılmasında praktiki olaraq heç bir irəliləyiş əldə etməyib. Üstəlik, o vaxtdan bəri pozuntuların sayı səkkizə çatıb.
 
Avropa İttifaqının hüququn aliliyi mexanizmi müəyyən standartların pozulduğu təqdirdə ölkəyə Avropa İttifaqı büdcəsindən ödənişləri azaltmağa imkan verir.
 
Ümumilikdə Avropa Komissiyası Macarıstana ayrılmış təxminən 19 milyard avronu, o cümlədən əlavə subsidiyaları və koronavirus pandemiyasının nəticələri ilə mübarizəyə yardımı bloklayıb. 
 
Dekabrın əvvəlində Macarıstan Baş naziri Viktor Orban Brüsselin dondurulmuş vəsaitləri açmayacağı təqdirdə Avropa İttifaqının növbəti yeddi illik büdcəsinə veto qoymaqla hədələyib.
Link kopyalandı!
Son xəbərlər