“Vergi Məcəlləsindəki bu dəyişiklik jurnalistlərin sosial rifahına müsbət təsir göstərəcək”
Ekskluziv
2356
01 Jan 2025 | 18:35

“Vergi Məcəlləsindəki bu dəyişiklik jurnalistlərin sosial rifahına müsbət təsir göstərəcək”

Bu il yanvarın 1-dən jurnalistlərin əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad ediləcək. Məlum qərar Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.

 

Maraqlıdır, jurnalistlərin gəlirlərinin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad edilməsi onların sosial rifahına nə vəd edir?

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Mətbuat Şurasının sədr müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, sözügedən dəyişikliyin jurnalistlərin sosial rifahına müsbət təsir göstərəcəyini vurğulayıb:

 

“Jurnalistlərin gəlirlərinin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad edilməsi, heç şübhəsiz onların sosial durumuna müsbət təsir göstərəcək.

 

Bildiyiniz kimi, son illərdə jurnalistlərin sosial rifahının yaxşılaşması istiqamətində dövlətimiz çox ciddi addımlar atıb. Bu addımların hər biri həm jurnalistlərin sosial rifahının yüksəldilməsi, həm də peşəkar fəaliyyətlərinin icra edilməsi istiqamətində münbit və müsbət şəraitin yardılmasına xidmət edir. Bu mənada, jurnalistlərin gəlirlərinin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad edilməsi də, jurnalistlərimizin sosial rifahına öz müsbət təsirini göstərmiş olacaq”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər