“Ermənistan bu xəbərdarlıqdan nəticə çıxarmalıdır, yoxsa...”
Ekskluziv
1711
01 Jan 2025 | 15:08

“Ermənistan bu xəbərdarlıqdan nəticə çıxarmalıdır, yoxsa...”

Məlum olduğu kimi, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində Ermənistana xəbərdarlıq ünvanlayıb. Dövlət başçısı Ermənistanı sürətlə silahlanma siyasətindən imtina etməyə çağırıb və bunun regional sülh üçün ciddi təhdid təşkil etdiyini bildirib.

 

Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə, Ermənistanın bu xəbərdarlıqdan nəticə çıxarmalı olduğunu vurğulayıb:

 

“Ermənistan bu xəbərdarlıqdan nəticə çıxarmalıdır. Əks halda, Ermənistan dövlətinin mövcudluğu sual altına düşəcək.

 

Ermənistanın hansısa təxribata əl atması, revanş xəyalına düşməsi onun özü üçün faciəvi sonluqla yekunlaşacaq. Əgər Ermənistan bir dövlət kimi mövcudluğunu sual altına qoymaq istəmirsə, sürətlə silahlanma siaysətindən çəkinməlidir”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər