Ekskluziv
2224
31 Dec 2024 | 18:40

"Putin hakimiyyətinin sirri nədədir?" - "Die Welt"

"Putin Rusiyada güclü dövlətin bərpası rəmzinə çevrilib..."
 
25 il əvvəl hətta Rusiyada belə tanınmayan bir siyasətçi dünyanın ən güclü liderlərindən birinə çevrilib və hələ də bu mövqedə qalır. Əlbəttə, söhbət Vladimir Putindən gedir.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, Putinin güclü hakimiyyətinin sirri rusların rifahının artması və milli kimliyin tərbiyə olunmasındadır.
 
Hətta Rusiyada belə tanınmayan bir siyasətçi 25 il əvvəl ölkədə ən nüfuzlu şəxsə çevrilib və hələ də bu mövqedədir. Bunun əsas səbəbi Çeçenistandakı müharibənin nəticələrinin düzgün təhlil edilməsi olub. 1999-cu ilin yayında Rusiya prezidenti Boris Yeltsin tamamilə tanımadığı bir şəxsi baş nazir təyin edib. Bir neçə həftə sonra həmin şəxs prezident seçkilərində qalib gəlib, Yeltsini dəyişərək Yeni il ərəfəsində prezident vəzifəsinə başlayıb. 1990-cı ilə qədər o, Sovet kəşfiyyatının zabiti olub və Drezden şəhərində xidmət edib, sonra Sankt-Peterburq şəhər asministrasiyasında müxtəlif vəzifələr tutub, 1998-ci ildə isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri olub. Bu, Vladimir Putinin ilk siyasi təyinati olub və o, ölkədə tanınmağa başlayıb.
 
Onun baş nazir postuna təyin edilməsi gözlənilməz olub. Heç kim bunu güman etməyib. Daha təəccüblü olanı onun prezident vəzifəsinə bu qədər sürətlə yüksəlməsi olub. Deyilənlərə görə, Vladimir Putin onun seçilməsini öz vəsaitləri və imkankarı ilə dəstəkləyən rusiyalı oliqarxların namizədi olub. Onlar ona güvənib, çünki o, Sankt-Peterburqda işləyərkən idxal-ixrac biznesi ilə onlara kömək edib. Onlar Putinin oliqarxların siyasi əlaltısı olduğunu hesab edib. Lakin tezliklə bunun səhv olduğu ortaya çıxıb. Putinin öz maraqları olub və buraya o cümlədən Rusiya siyasətinin oliqarxların hakimiyyətdən azad edilməsi də daxil olub. Sovet İttifaqının dağılmasından sonra böyük sərvətə sahib olan bu oliqarxların bəziləri tez bir zamanda sürətlə xaricə qaçıb, digərləri isə qəfil dünyasını dəyiib. Onlardan ən varlısı olan Mixail Xodorkovskiyə isə ittiham irəli sürülüb, sərvəti dövlətin xeyrinə müsadirə edilib və uzun müddət həbsxanada saxlanılıb.
 
Zaman keçdikcə Qərb müşahidəçiləri anlayıb ki, onlar Putini yetərincə qiymətləndirməyib və ölkədəki güc balansını düzgün anlamayıb. XXI əsrin əvvəlində zənginliyin gücü həddən artıq  qiymətləndirilib, dövlətin və onun aparatlarının hakimiyyəti isə lazımınca qiymətləndirilməyib. Putin Rusiyada güclü dövlətin bərpasının simvoluna çevrilib.
 
Rusiya prezidenti diqqət çəkməyən aparat işçisindən XXI əsrin müəyyənedici  liderlərindən birinə necə çevrilib?
 
Çox güman ki, o, heç vaxt demokrat olmayıb, buna görə də onun əsas siyasi əqidəsində inqilabi təcrübə axtarmaq lazım deyil. Lakin prezidentliyinin ilk illərində o, çox ustalıqla demokrat təəssüratı yaratmağa nail olub. Bununla yanaşı, nəhəng Rusiyada demokratik oyun qaydalarına həmişə riayət etmək asan olmayıb. Buna görə də bəzən avtoritar üsullara əl atmaq lazım gəlib.
 
Putin DTK agenti işləyərkən maskalanmağı öyrənib. Qərb siyasətçiləri isə sülh və dostluq istəyi ilə aldadılmaqdan sanki məmnun olub. Onlar yalnız görmək istədiklərini görüb. Qərbdə insanlar bloklar arasındakı qarşıdurmanın sona çatmasına sevinib və özlərini xoşbəxt hiss edib. Onlar Rusiyanın
Sovet İttifaqının ən böyük və güclü varisi olaraq çökən imperiyanın bərpası yolunda olduğunu düşünmək istəməyib. Bunu "soyuq müharibə"nin stresindən sonra tamamilə anlamaq olar.
 
Rifah və özünüidentifikasiya
 
Putin bunu başa düşərək hərəkət edib və hakimiyyətini gücləndirmək üçün iki vacib amili nəzərə alıb. Birincisi, ən azı Rusiyanın Avropa hissəsində yaşayan əksər insanlar, müəyyən qədər, amma müvəqqəti rifah əldə etməyə bel bağlayıb. Bu, Sovet İttifaqının son dövründəki iqtisadi təhlükəsizlik və yoxsullaşma dövründən sonra əldə edilə bilən olduqca asan bir məqsəd  olub. İkincisi, XX əsrin sonunda Sovet hakimiyyətinin dünya səhnəsindəki mövqelərini itirməsindən sonra insanlar özlərini yenidən ölkələri ilə əlaqələndirməyə və onunla qürur duymağa başlayıb. Rusların kollektiv kimliyini tərbiyə etmək lazım olub və bu, daxili siyasətdə deyil, yalnız xarici siyasət sahəsində mümkün olub.
 
İkinci Çeçen müharibəsi (1999-2009) Putinə bu potensialı həyata keçirmək üçün ilk imkanı yaradıb. Putinə öz sələfi Yeltsindən Çeçenistandakı münaqişə miras qalıb. Mübarizə, o cümlədən terrorizmlə mübarizə hələ də davam edib. Müharibə zamanı düşmən məğlub edilib və Rusiya bu münaqişədə özünü qürurlu bir qalib kimi təqdim edib. Putinin populyarlıq reytinqi artıb və bu sıravi adam ruslar üçün keçmişin yaralarını sağalda bilən xarizmatik prezidentə çevrilib. Bu, Putin üçün hakimiyyət siyasətinin əsas təcrübəsi olub və artıq 25 ildir ki, onun idarəçilik prinsipinə çevrilib.
 
Buna baxmayaraq, bu gün Şərqi Asiya regionunda güc balansı dəyişib. Rusiya indi Çinlə sərt rəqabətə daxil olub. Putin Si Tzsinpindən iqtisadi cəhətdən asılıdır və bu asılılıq siyasi cəhətdən daha çox hiss olunacaq. Yalnız ABŞ prezidenti Donald Tramp Ukraynadakı hərbi əməliyyatları sürətlə dayandırmaqla onu bu asılılıqdan azad edə bilər, bu isə Çini iqtisadi baxımdan təcrid etmək məqsədi ilə əlaqələndirilə bilər. Lakin bu, Rusiyanın təbii sərvətlərindən əldə etdiyi gəlirlərin artmasına səbəb olmayacaq.
 
Bu, Putinin prezidentliyinin sabitliyi üçün ilkin şərt olan birinci amili, əksər əhalinin mülayim rifah səviyyəsinin təmin edilməsi məsələsini xatırladır. Bu, Qərbin ticarət sanksiyaları və hərbi xərclərin kəskin artması ilə təhdid altına düşüb. Siyasi rejimlər ictimai müqavilə üzərində qurulur ki, bu müqavilə belə səslənir: biz sizin rifahınızı təmin edəcəyik, amma bunun əvəzində siz siyasətə qarışmayacaqsınız. Rublun alıcılıq qabiliyyəti azaldıqca, dövlət yardımları kəsildikdə belə bir sosial müqavilə qırıla bilir. Belə bir şeyin baş verə biləcəyi və bunun nəticələrinin necə olacağı isə yaxın gələcəkdə aydınlaşacaq.
Link kopyalandı!
Son xəbərlər