Ekskluziv
2117
31 Dec 2024 | 13:41

"İran-İsrail qarşıdurması təhlükəli həddə çatıb" - Sergey Lavrov

 
"Rusiyanın baş diplomatı ABŞ-ın Yaxın Şərqdə lider vasitəçilik roluna açıq şəkildə qıcıqlandığını bildirib..."
 
 Yaxın Şərqdəki "zorakılıq qövsü" genişlənib. Xüsusilə İran-İsrail qarşıdurması təhlükəli həddə çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov SİTA agentliyinə geniş müsahibəsində bəyan edib. Məlumatı "life.ru" nəşri yayıb.
 
Lavrovun fikrincə, Yaxın Şərq ölkələrindəki xroniki gərginlik və mütəmadi olaraq baş verən münaqişələrin alovlanması, əsasən, ABŞ-ın məsuliyyətsiz hərəkətləri və ərəb dövlətlərinin daxili işlərinə aktiv şəkildə müdaxilə etmək, süni sərhədlər çəkmək cəhdlərinin nəticəsidir.
 
"Adıçəkilən amillərin məcmusu ötən ilin oktyabr ayında Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin gərginləşməsinə səbəb oldu, - deyə Lavrov bildirib. - Həmin vaxtdan etibarən zorakılıq qövsü Fələstin-İsrail münaqişəsi zonasından Livana və Qırmızı dəniz akvatoriyasına qədər genişləndi. İran-İsrail qarşıdurması isə təhlükəli həddə çatdı."
 
Lavrovun sözlərinə görə, Vaşinqton öz "dağıdıcı davranışı" və regiondakı kəskin münaqişə vəziyyətlərini nizamlamaqda lider vasitəçilik rolunu oynamaq istəyi ilə bölgədə gərginliyin səviyyəsini artırır.
 
"ABŞ və onların peyklərinin avantüralarının nəticələri ilə hələ də İraq və Liviya xalqları mübarizə aparır, - deyə Rusiya XİN rəhbəri vurğulayıb. - Xroniki gərginliyin mənbəyi mütəmadi olaraq alovlanan Fələstin-İsrail münaqişəsidir ki, Vaşinqton orada tək vasitəçi rolunu oynamaq istəyir."
 
Bununla belə, nazir qeyd edib ki, Rusiya, əksinə, Yaxın Şərq ölkələrindəki münaqişə vəziyyətlərini həll etmək üçün, ilk növbədə, birbaşa iştirak edən tərəfləri təmin edəcək üsulları tapmaq siyasətinə sadiq qalmağa davam edəcək.
 
"Vəziyyətin normallaşması prosesində əsas rol Yaxın Şərq dövlətlərinin özlərinə məxsus olmalıdır, - Lavrov qeyd edib. - Biz onları bu məsələdə dəstəkləməyə hazırıq."
 
Daha əvvəl də bildirildiyi kimi, Lavrovun sözlərinə görə, Rusiyanın İranla strateji tərəfdaşlıq haqqında müqaviləni imzalanmağa hazırdır və Suriyadakı vəziyyətlə bağlı heç bir düzəliş tələb etmir. Bu barədə Rusiya və İran informasiya agentlikləri "RIA Novosti" və "Mehr" məlumat yayıb.
 
"Yeni "böyük" müqavilə, mətni artıq uzun müddətdir hazır olan və tərəflər tərəfindən razılaşdırılmışdır, kompleks, uzunmüddətli və "hərtərəfli" xarakter daşıyır və bu mənada heç bir düzəliş tələb etmir," - deyə Rusiya diplomatiyasının rəhbəri bildirib.
 
Onun sözlərinə görə, bu saziş son illərdə ikitərəfli münasibətlərdə əldə olunmuş "misilsiz tərəqqini" hüquqi cəhətdən möhkəmləndirmək və onları strateji tərəfdaşlıq səviyyəsinə çıxarmaq məqsədini daşıyır.
Link kopyalandı!
Son xəbərlər