“Daxili İşlər Nazirliyinə bütün əmrlər Kremldən gəlir...”- Saişmelaşvili
Ekskluziv
3527
30 Dec 2024 | 11:26

“Daxili İşlər Nazirliyinə bütün əmrlər Kremldən gəlir...”- Saişmelaşvili

"Üzr istəyirəm; 22 il gürcü xalqının təhlükəsizliyi üçün çalışdığımı düşünürdüm, amma sonda oliqarxların rifahı dövlətin rifahından daha vacib oldu...”
 
Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin (XTD)Əməliyyat Planlaşdırma İdarəsinin keçmiş rəhbəri İrakli Şaişmelaşvili "BILD"-ə müsahibəsində deyib ki, Gürcüstanın təhlükəsizlik qüvvələri Kremlin nəzarəti altındadır və bütün əmrlər Moskvadan gəlir. 
 
Moderator.az-ın “SOVA” nəşrinə istinadla verdiyi xəbərə görə, Şaişmelaşvili bəyan edib ki, Gürcüstanda müstəqil dövlət xidməti yoxdur.
 
"BILD" daha sonra yazır ki, keçmiş məmur ailəsi ilə birlikdə ölkəni tərk edib, bu isə o deməkdir ki, Gürcüstan Xüsusi Təyinatlı Qüvvələrin Əməliyyat Planlama İdarəsinin rəisi olduğu və Rusiyayönlü hökumətə qarşı etirazların şahidi olduğu vaxtdan bəri ən ixtisaslı polislərindən birini itirib.
 
Nəşr qeyd edir ki, Şaişmelaşvili gürcü xalqı qarşısında günahkar olmasından narahatdır.
 
"Üzr istəyirəm: 22 il gürcü xalqının təhlükəsizliyi üçün çalışdığımı düşünürdüm, amma sonda oliqarxların rifahı dövlətin rifahından daha vacib oldu", - Şaişmelaşvili belə deyib.
 
Xatırladılır ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Əməliyyat Planlaşdırma İdarəsinin keçmiş rəisi İrakli Şaişmelaşvili bu yaxınlarda ailəsi ilə birlikdə ölkəni tərk etsə də, qayıdacağına söz verib. O, DİN rəhbərliyinə işdən çıxmasının səbəbini - "ailə vəziyyəti"ni göstərdiyi bir raport yazıb.
 
Şaişmelaşvili daha sonra qeyd edib ki, o, Gürcüstan prezidenti Salome Zurabişviliyə və sosial şəbəkədə səhifələrini qeyd etdiyi ABŞ səfirliyinə göstərilən hörmətə görə (ehtimal ki, Gürcüstanı tərk etməkdə köməyə görə - red.) “adekvat şəkildə təşəkkür etmək imkanı əldə edəcək”. ”
 
Bundan əvvəl  Gürcüstan DİN keçmiş rəsmisi Şaişmelaşvili  “TV Pirveli”yə eksklüziv müsahibəsində Tiflisdə keçirilən etiraz aksiyalarında pulla tutulmuş muzdlu təxribatçıların nümayişçilərin sıralarına daxil edilməsi və etirazların zorakılıqla dağıdılmasının Daxili İşlər Nazirliyinin işçisi olmayan şəxslərə də həvalə edilməsi haqda danışıb.
 
Şaişmelaşvili 20 ildən artıq hüquq-mühafizə orqanlarında çalışıb və məhz o, iğtişaşlar zamanı xüsusi təyinatlıların hərəkətlərinin planlaşdırılmasıyla məşğul olub.  Və dekabrın 4-də Avropayönlü etirazların amansızcasına yatırılması fonunda DİN departament rəhbədi istefa verdiyini bəyan edib.
 
O, "Facebook"-da “ailə vəziyyətinə görə” işdən çıxarılması ilə bağlı xəbər yayıb.  DİN-in keçmiş rəhbər məmuru öz postunu Gürcüstan və Avropa İttifaqının bayraqları olan təsvirlərlə müşayiət edib.
 
Şaişmelaşvili jurnalistin qara paltar geyinmiş və maskalı aqressiv qrupların mitinqlərdə xaos yaratmaq üçün hərəkətə keçməsi ilə bağlı ehtimalı ilə da  razılaşıb.
 
“Bunlar aksiyanın iştirakçıları deyil, 500 və 1000 lariyə göndərilən təxribatçılardır, onlar qəsdən və məqsədyönlü şəkildə söyüş söyür, atəş açırlar ki, sonradan bütün aksiyanı eybəcərləşdirsinlər və onu şeytanlaşdırsınlar”.
 
Aksiyaya gələn ayrı-ayrı qruplar olub ki, onların gəlişi ilə bütün aksiya zorakılığa çevrilib. Oraya tamamilə dinc şəkildə gələn insanlar da onların ardınca gedə bilərdilər”, -deyə Gürcüstan DİN-in keçmiş yüksək vəzifəli əməkdaşı bildirib.
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər