Rusiyada 16 yaşlı qız Ukraynanın işğalına münasibətinə görə həbsə atıldı...-RƏZALƏT-FOTO
2211
30 Dec 2024 | 09:09

Rusiyada 16 yaşlı qız Ukraynanın işğalına münasibətinə görə həbsə atıldı...-RƏZALƏT-FOTO

Rusiyada 16 yaşlı məktəbli “terrorçuluğa haqq qazandırdığına görə” dəmir barmaqlıqlar arxasına atılıb.
 
Qız Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən Rusiya Könüllülər Korpusu döyüşçülərinin portretlərini asıb...
 
Rusiya Federasiyasında məhkəmə “terrorçuluğa bəraət qazandırmaqda” ittiham olunan Sankt-Peterburqdakı məktəblərdən birində oxuyan 16 yaşlı məktəblini həbs edib.
 
Moderator.az  xəbər verir ki,  “Azadlıq” radiosunun rus bürosunun məlumatında belə deyilir.
 
Nəşr yazır ki, dekabrın sonunda məktəb stendində asılmış fotoşəkillər qızın həbsinə əsas olub. Bildirilir ki, dekabrın 26-da Sankt-Peterburqdakı məktəblərdən birində Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən Rusiya Könüllülər Korpusunun  əsgərlərinin iki foto-şəkili tapılıb.
 
Hər bir foto-şəklin altında "Rusiya Qəhrəmanları" yazılıb. Şəkillər gözə dəyməzdən əvvəl bir neçə gün asılıb, bundan sonra qıza qarşı cinayət işi açılıb.
 
Qızın özü məhkəmədən onun ev dustaqlığına buraxılmasını istəyib. O, hazırda həbsdədir və onu 5 ilə qədər həbs gözləyir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər