Zurabişvili Trampın andiçmə mərasiminə dəvət edilib
Ekskluziv
2321
29 Dec 2024 | 18:27

Zurabişvili Trampın andiçmə mərasiminə dəvət edilib

"Salome Zurabişvili Gürcüstanın yeganə legitim lideridir və mən İvanişvili və dostlarının hücumları qarşısında onun igidliyindən mütəəssirəm..."
 
ABŞ-ın Respublikaçılar Partiyasından olan konqresmen Co Uilson Gürcüstan prezidenti Salome Zurabişvilini Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə dəvət edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində məlumat verib. Məlumatı "gordonua.com" nəşri yayıb.
 
"Gürcüstanın yeganə legitim lideri kimi mən prezident Salome Zurabişvilini Donald Trampın andiçmə mərasiminə dəvət etməkdən məmnunanm. Mən İvanişvili və onun Çin Kommunist Partiyası və İran rejimindən olan dostları tərəfindən hücumları qarşısında igidliyindən mütəəssirəm", - Uilson yazıb.
 
Bu ərəfədə, dekabrın 26-da Uilson "X" şəbəkəsində İvanişviliyə prezident Mixail Kavelaşvilinin andiçmə mərasimi ilə bağlı xəbərdarlıq edib.
 
"Prezident Tramp Amerikanın özünü təyin edən düşmənlərinə necə münasibət göstərdiyini aydın şəkildə anladıb. Əgər Bidzina İvanişvili dekabrın 29-da gürcü dempokratiyasının məhv edilməsi üzrə öz planını gerçəkləşdirərsə, o, təsəvvür etmədiyi cavabı gözləməlidir", - respublikaçı konqresmen  vurğulayıb.
 
Ertəsi gün, dekabrın 27-də ABŞ İvanişviliyə qarşı Gürcüstanın demokratik və Avroatlantika gələcəyini sarsıtdığına görə sanksiyalar tətbiq edib.
 
Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 25-də keçiriləcək, legitimliyi nə Zurabişvili, nə də gürcü müxalifəti tərəfindən tanınan Kavelaşvilinin andiçmə mərasiminin isə 2024-cü il dekabrın 29-da keçirilib.
 
Bu arada isə Zurabişvili Prezident Sarayını könüllü olaraq tərk edib və Gürcüstanın yeni prezidentinin andiçmə mərasimini "parodiya" adlandırıb. Bu barədə "Exo Kavkaza" nəşri məlumat yayıb.
 
"Altı il öncə mən Konstitusiyaya, ölkəyə və sizlərə and içmişəm. Ona görə də mən bu gün buradayam və heç bir şəraitdə, Sarayda və ya onun hüdudlarından kənarda olmağımdan asılı olmayaraq, bu loyallıq dəyişməyəcək. Mən buradan sizinlə birlikdə çıxacaq və sizinlə birlikdə olacağam. Mən legitimliyi, bayrağın və sizin etimadınızı özümlə aparıram", - Zurabişvili Orbeliani Sarayı qarşısında toplanan vətəndaşlara müraciətlə deyib.
 
O, Karibaşvilinin andiçmə mərasimini "parodiya" adlandırıb. Zurabişvili vətəndaşları və müxalif siyasi qüvvələri növbədənkənar parlament seçkilərinə hazır olmağa çağırıb.
 
"Seçkilər olacaq, başqa yol yoxdur, bu, bütün belə böhranlarda yeganə verilən qərardır. Biz bu seçkilərə hazır olmalıyıq, təkcə sənəd təqdim etməklə deyil, bütün partiyalar, bu etiirazlar nəticəsində yaranan yeni qüvvələr buna hazır olmalıdır", - o, deyib.
Link kopyalandı!
Son xəbərlər