15:03
10°C
Bakı
“Ölkəmizin təyyarə qəzası ilə bağlı irəli sürdüyü şərtlərin yerinə yetirilməməsi Azərbaycan-Rusiya münasibətlərinin gələcəyinə şübhəsiz ki, mənfi təsir göstərə bilər”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, Azərbaycan tərəfindən irəli sürülən tələblər məntiqlidir və bu, bütün dünayda qəbul edilmiş bir qaydadır:
“Azərbaycanın şərltərinin yerinə yetirilməməsi üçün heç bir əsas yoxdur. Bu, beynəlxalq təcrübədə qəbul edilmiş bir davranışdır. Rusiya üzrün ardınca ölkəmizə kompensasiya ödəməlidir. Eyni zamanda, Kreml Rusiya dövlətinə ciddi vurmuş məmurları cəzalandırmalıdır. Bu, bütün dünyada qəbul edilmiş bir haldır və bunun başqa cür olması qeyri-məntiqi olar”.
Seymur ƏLİYEV