“Rusiya öz məsuliyyətini etiraf etməli və bu məsuliyyətdən irəli gələn addımlar atmalıdır”
Ekskluziv
2300
29 Dec 2024 | 16:25

“Rusiya öz məsuliyyətini etiraf etməli və bu məsuliyyətdən irəli gələn addımlar atmalıdır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibəsində dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və qəzadan sonrakı prosesləri geniş şərh edib. İlham Əliyev bildirib ki, Rusiyaya qarşı üç şərt irəli sürülüb: “Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir". 

 

Rəsmi Bakı tərəfindən irəli sürlən tələblərin yerinə yetirilməsi haqqın, ədalətin bərpası ilə yanaşı, Azərbaycan-Rusiya müansibətlərinin gələcəyi baxımından nə dərəcədə önəmlidir?

 

Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov Rusiyanın bu məsələdəki məsuliyyətini qəbul etməsinin vacib olduğunu bildirib:

 

“Rusiya ilə Azərbaycan arasında dərin əlaqələr, geniş əməkdaşlıq var. Bu, forsj-majordur. Ancaq bu məsələdə məsuliyyədən qaçmaq olmaz. Rusiya baş verənlərə görə məsuliyyət daşıyır. Çünki hadisə Rusiya ərazisində baş verib. Ancaq biz görürük ki, Rusiya məsuliyyəti boynundan atmaq istəyir.

 

Beynəlxalq qanunvericilik tələb edir ki, Rusiya Azərbaycandan üzr istəsin və təzminat ödəsin. Rusiya Azərbaycanfobiya, türkfobiya imi meyillərin baş qaldırmasına imkan verməməlidir.

Baş verənlər bizim günahımız deyil. Bu, Rusiyanın günahıdır. Rusiyanın əlaqədar qurumları bu məsələni texniki zəmində həll etmək əvəzinə siyasiləşdirdilər. Bundan sonra isə vəziyyətdən çıxış yolları axtarmağa başladılar.

 

Azərbaycanın niyyəti Rusiyanı aşağılamaq deyil. Sadəcə, Rusiya öz məsuliyyətini etiraf etməli və bu məsuliyyətdən irəli gələn addımlar atmalıdır”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər