Ekskluziv
1982
29 Dec 2024 | 15:03

"Rusiya Finlandiya və NATO-nun şərq cinahının digər ölkələrinə hücum üzərində işləyir" - "İltalehti Journal"

"Ötənlərdə Putin öz Rusiya idealını 17-ci əsrin Rusiya imperiyası kimi təsvir edib və bunu sözün birbaşa mənasında qəbul etmək lazımdır..."
 
Rusiya Finlandiya və NATO-nun şərq cinahındakı digər ölkələrə hücum üzərində işləyir.
 
Moderator.az xəbər verir ki, bu barədə Finlandiyanın "İltalehti Journal" nəşri yazıb.
 
Mənbələrin dəyərləndirməsinə görə, Rusiya 1743-cü ilin Turku Müqaviləsinin sərhədlərinə çıxmağa cəhd edəcək. Belə olan halda Rusiya qüvvələri Kyumiyyoki çayına hədəflənəcək. Daha sonra şimala doğru hədəflənib Puumalansalmiyə hərbi müdaxilə edəcək.
 
Təhlükənin dəyərlındirməsi göstərir ki, Rusiya özü üçün bufer zonası yaratmaq istəyəcək.
 
"Rusiyanın təhlükəsizliklə bağlı təfəkkürü onun strateji dərinliyə can atdığını və Avropada Arktikadan Baltik dənizinə və Qara dənizdən Aralıq dənizinədək bütöv bufer zonasının yaradılması istəyini əks etdirir. NATO-nun təhlükələrlə bağlı dəyərləndirməsinə görə, Rusiyanın raket hücumları həmçinin Helsinkiyə yönələcək. Rusiyanın hücumunun əsas istiqaməti Baltikyanı ölkələr olacaq", - nəşr yazıb.
 
Qeyd edilir ki, dekabrın 19-da özünün təbliğat xarakterli çıxışında Rusiya hakimi Vladimir Putin bəyan edib ki, Rusiyanın "öz tarixi torpaqlarını geri qaytarmaq üçün kifayət qədər qüvvə və vəsaitlərə" malikdir.
 
Ötənlərdə Kreml sahibi özünün Rusiya idealını 17-ci əsrin Rusiya imperiyası kimi təsvir edib. Mənbələr iddia edir ki, bunu sözün birbaşa mənasında qəbul etmək lazımdır.
 
"Estoniya, Latviya və Litva, həmçinin Finlandiyanın cənub-şərq hissəsi təhlükə altında olacaq", - nəşr qeyd edib.
 
Kremlin imperialist siyasəti: NATO üçün təhlükə
 
Rusiyanın NATO-ya qarşı müharibəyə başlaya biləcəyi haqqında birinci ildir deyilmir. Belə təhlükə barədə müxtəlif ölkələrin nümayəndələri- həm siyasiləri, həm də hərbçıləri xəbərdarlıq edib.
 
Bir neçə gün öncə Almaniya müdafiə naziri Boris Pistorius güman edib ki, Rusiya bir neçə ildən sonra NATO ərazisinə hücum edə bilər. Onun sözlərinə görə, hazırda Rusiyanın bir neçə ay ərzində istehsal etdiyi silah və döyüş sursatları Avropa İttifaqı ölkələrinin il ərzində bütövlükdə istehsal etdiyindən çoxdur.
 
Eyni zamanda Estoniya xarici kəşfiyyatının rəhbəri Kaypo Rozin xəbərdarlıq edib ki, NATO növbəti 10-20 il ərzində Rusiyanı çəkindirməli olacaq. O, əlavə edib ki, bunu etmək olar, lakin Qərb problemə ciddi yanaşmalı və müdafiəyə investisiya yatırmalıdır.
Link kopyalandı!
Son xəbərlər