"Köhnə ölür, yeni doğula bilmir, bu iki səltənət arasında müxtəlif ağrılı əlamətlər üzə çıxır..."
2025-ci il yanvarın 25-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi baş tutacaq. Birləşmiş Ştatlar hələ də dünyanın ən güclü dövləti olaraq qalır, lakin Rusiya Federasiyası və Çin dəyişiklik istəyir.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Nəşr Donald Trampın prezidentliyi dönəmində dünya nizamının necə dəyişəcəyini təhlil edib və hadisələrin inkişafının beş mümkün ssenarisini təqdim edib.
Böyük dövlətlər arasında yeni saziş
ABŞ Rusiya və Çinlə sövdələşmə bağlayır, onlara təsir dairələri saxlanılır, özləri isə diqqətini öz regionunda dominantlığa yönəldir. Tramp Ukraynanı təhlükəsizlik zəmanətləri olmadan sülh sazişinə məcbur edir. Rusiyaya qarşı sanksiyalar zəifləyir, diktator Vladimir Putin Mar-a-Laqoda Şükranlıq Günündə şam yeməyinə dəvət edilir.
Çinlə mümkün sövdələşmə Pekin üçün Amerikanın texnoloji məhdudiyyətlər və tariflərin zəiflədilməsi əvəzinə Amerika mallarının Çin tərəfdən alışı və Çində Amerikanın "Tesla" kimi şirkətləri üçün güzəştli sövdələşmələri nəzərdə tutur. Tramp həmçinin Tayvanın müdafiəsində özünün maraqlı olduğunu nümayiş etdirə bilər. ABŞ-ın Avropa və Asiyadakı müttəfiqləri yeni qeyri-sabit şəraitdə öz müdafiəsinin təmin edilməsinin üsullarını axtarmağa məcbur olacaq.
Təsadüfi savaş
Ticarət və siyasi münaqişələr Qərbi zəiflədir. Çin, Rusiya və ya Şimali Koreya, yaxud, bu dövlətlərin başqa kombinasiyası xaosdan istifadə edərək müharibələr törədir və XX əsrin müharibələrinə analoji olaraq ABŞ bu savaşlara cəlb edilir.
Dünyada liderlərsiz anarxiya
Trampın ilk növbədə ticarət, təhlükəsizlik və beynəlxalq təsisatlarla bağlı "Hər şeydən öncə Amerikadır" siyasəti liderlik vakuymunu yaradır. Sudan və Myanma kimi ölkələrdə vətəndaş münaqişələri güclənir, Qərbə qaçqınıar axını artır, populist qüvvələr öz mövqelərini möhkəmləndirir. Getdikcə daha çox ölkə "zorən anarxiyaya" sürüklənir.
Liberal demokratiyaya nifrət edən populist partiyalar sosial və iqtisadi müdafiəsizlik şəritində çiçəklənir.
Amerikasız qloballaşma
ABŞ Ümumdünya Ticarət Təşkilatını tərk edir və proteksionist tariflər tətbiq edir. Avropa İttifaqı Latın Amerikası ilə yeni ticarət sazişi imzalayır və Hindistan və Çinlə yeni sazişlər imzalayır. Avropa həmçinin öz bazarlarını Çinin elektromobilləri və yaşıl texnologiyaları üçün açır, əvəzində çinlilər bütün Avropa İttifaqı boyunca zavodlar açır və Rusiyanın Avropaya qarşı təcavüzünün qarşısını alır.
Qlobal Cənubun Çin iqtisadiyyatı ilə inteqrasiyası pisləşir, BRIKS ölkələri yeni üzvlər qazanır və öz təsirini gücləndirir. Dolların dünya valyutası kimi istifadəsi azalır.
"Amerika First" uğur qazanır
Trampın Amerikanın gücünün qarşısıalınmaz olduğu təsdiqlənir. İnvestisiyalar ABŞ-a yönələrək Amerikanın texnologiyalar və maliyyədə liderliyini artırır. Avropalılar və yaponlar öz müdafiəsinə xərcləri artırır, bu da Rusiya və Çin təcavüzünün çəkindirilməsi üçün kifayət edir.
Amerika tarifləri Çinin inkişafını kəskin şəkildə azaldır, bu da Çin sisteminin böhranına gətirib çıxarır. İran rejimi sonucda hərbi, iqtisadi və daxili təzyiqin kombinasiyası ilə devrilir. Trampın nüfuzu həm ABŞ-da, həm də xaricdə göylərə qalxır. Amerika liberalları susmağa məcbur olur, Trampın düşmənlərindən bəziləri həbsxanaya salınır. Fond bazarı yeni maksimuma çatır.
"Növbəti dörd ilin gerçəkliyi, böyük ehtimalla, yuxarıda təsvir edilən ssenarilərin üstəgəl bir neçə digər proqnozlaşdırılmayan ssenarilərin qəribə qarışığı olacaq. İtalyan filosofu 1920-ci illərin sonlarında yazıb: "Köhnə ölür, yeni doğula bilmir; bu iki səltənət arasında müxtəlif ağrılı əlamətlər üzə çıxır", - nəşr xatırladır.