Borçalıda yaşayan azərbaycanlılar da bu birlik aksiyasına qoşulublar...
Dekabrın 28-də on minlərlər Gürcüstan vətəndaşı Tbilisidə və ölkənin bir sıra şəhərlərində “Birlik zənciri” yaradıblar.
Moderator.az xəbər verir ki, bu barədə Aliq.ge nəşri məlumat yayıb .
Vətəndaşlar Tiflisdə Metexi körpüsündən Vaxuşti körpüsünə, o cümlədən Kraliça Tamar, Qalaksiya, Saarbrücken, Barataşvili və Sülh körpülərinə qədər insan zənciri yaradıblar.
Şəhərin müxtəlif yerlərində canlı zəncirə siyasətçilər, eləcə də prezident Salome Zurabişvili qoşulub.
Tbilisi, Batumi, Kutaisi, Rustavi, Qori, Zuqdidi, Poti, Xaşuri, Senaki, Axmet u200bu200bvə bir neçə başqa şəhərin sakinləri saat 15:00-dan mərkəzi küçələrdə insan zəncirində düzülüblər.
"Newsgeorgia" nəşrinin yazdığına görə, Bbu gün çoxları 2008-ci ilin avqustunu xatırladı. Sonra Gürcüstan sakinləri də eyni addımı ataraq Rusiyanın hərbi təcavüzünə qarşı çıxdılar.
Ən uzun zəncir Tiflisdə olub. Etiraz “ilan”ı Mtkvari çayı üzərindəki beş körpü - Metexi, Sülh Körpüsü, Barataşvili, Saarbrücken, Qalaktion Tabidze, Kraliça Tamar, Vaxuşti Baqrationi boyunca sağ və sol sahilləri birləşdirərək təxminən 7 kilometrə qədər uzanıb.
Marneuli.fm-in yaydığı məılumata görə, Borçalıda yaşayan azərbaycanlılar da bu birlik aksiyasına qoşulublar.
Vətəndaşlar “Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidzenin noyabrın 28-də Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsinin 2028-ci ilin sonuna qədər gündəmə gətirilməməsi barədə verdiyi bəyanatdan narazılıqlarını bildiriblər və sabah yeni "seçilmiş" "prezident"in andiçmə mərasimi keçirilməsinə etiraz ediblər..
Etirazçıların əsas tələbləri dəyişməz olaraq qalır: yeni seçkilərin təyin edilməsi və nümayişlər zamanı həbs olunanların azad edilməsi...
S.Laçın