“Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir”
Ekskluziv
2221
28 Dec 2024 | 19:32

“Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir”

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından üç gün sonra nəhayət ki, Rusiya baş verənlərə görə ölkəmizdən üzr istədi.

 

Maraqlıdır, Rusiya bundan sonra təyyarə qəzası ilə bağlı hansı addımları atmalıdır?

 

Moderator.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Moskva üzrün ardından digər addımları atmalıdır. Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir. Cinayətkarlar məsuliyyəət cəlb edilməlidir. Çünki ortada həqiqətən də böyük bir cinayət var.

Rusiya təyyarəni səhvən vurub və bunu üç gün sonra etiraf edib. Vurulan təyyarənin yaxınlıqdakı hava limanlarına enməsinə icazənin niyə verilmədiyi də müəmmalıdır. Bu məsələ araşdırılmalıdır. Təyyarənin enməsinə icazə verməməklə insanları ölümə məhkum ediblər.

 

Bir sözlə, üzrxahlıqla iş bitmir. Rusiya atılması gərəkən digər addımları da atmalıdır. Azərbaycan araşdırmaya beynəlxalq ekspertləri də cəlb edib və yəqin ki, yaxın vaxtlarda hər şeyə aydınlıq gətiriləcək”.

 

Seymur ƏLİYEV

 

 

Link kopyalandı!
Son xəbərlər