Ekskluziv
1276
28 Dec 2024 | 18:00

"Dünya birliyi cinayətkar Putin rejiminin devrilməsi üçün səylərini səfərbər etməlidir" - Hikmət Cavadov

 
"AZAL təyyarəsinin vurulmasında Putin rejimi və "qumbaralı meymun" Kadırov günahkardır..."
 
"Qumbaralı meymun"- bu, öz sərəncamında təhlükəli bir nəsnə olduğu, amma onunla davranmağı bacarmayan adamı göstərən dayanıqlı frazeoloji ifadədir. Mən səhv də edə bilərəm, lakin görəvdə olan siyasətçilər arasında hələ ki, bu təsnifata uyğun gələn dəqiq prototip olmayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Ukrayna azərbaycanlılarının Birləşmiş diasporu" Ümumrusiya ictimai təşkilatının sədri Hikmət Cavadov "gordonua.com" nəşrindəki bloqunda yazıb.
 
"Mən səhv edə bilərəm, amma istənilən halda hesab edirəm ki, Çeçenistan rəhbəri Ramzan Kadırov elə "qumbaralı meymundur". Normal təhsili olmayan, lakin iqtisad elmləri namizədi olan varlıq çoxdandır ki, lətifələr qəhrəmanına çevrilib.
 
Hətta ona görə yox ki, o, tez-tez özünü və öz oğlunu cürbəcür orden-medallarla təltif edir. Rusiya təbliğatı tərəfindən güclü piar edilən kadırovçular Ukrayna ilə müharibədə özlərini döyüşçülər kimi deyil, yumşaq desək, spinterlər kimi nümayiş etdirib. 
 
Onlar əsrlər boyu rus imperalizminə qarşı çıxan, indi də ukraynalılarla çiyin-çiyinə rusiyalı işğalçılara qarşı dayanan çeçen xalqının əsl vətənpərvərlərindən çox uzaqdır. Lakin məhz qorxaqlıq  klassik "qumbaralı meymun"un rəhbərlik etdiyi "qoşunları" xüsusilə təhlükəli edir.
 
"Pansir-C1/CM" zenit-raket kompleksindən olan raketlə Bakı-Qroznı marşrutu ilə uçan AZAL mülki təyyarəsinin vurulmasından sonra dünya növbəti dəfə buna əmin olub. Rusiya təbliğatı hər vəchlə aydın olanları inkar etməyə cəhd göstərərək yaxasını kənara çəkmək istəyir. Lakin bütün dünya artıq anlayıb ki, bütün baş verənlərdə Putin Rusiyası və terrorçu rejimi olan dövlətdə Ramzan Kadırov adında "qumbaralı meymun" günahkardır.
 
Məhz Kadırovun HHM sistemi Azərbaycanın mülki təyyarəsini vurub, ekipaja Rusiyanın hava limanlarında pilotların məcburi eniş etməsi barədə sorğularından imtina edib. Bu zaman Xəzər dənizi üzərində bütün marşrut boyunca təyyarənin GPS-naviqasiya sistemi sıradan çıxarılıb.
 
Kadırov və onun ətrafının ümidi ona olub ki, təyyarə dənizə düşəcək və cinayət izlərini gizlətmək mümkün olacaq. Bu ümid pilotların qəhrəmanlığı, igidliyi və peşəkarlığı sayəsində puça çıxıb. Onlar möcüzə göstərərək Aktauyadək uçub və qəzalı eniş nəticəsində Rusiya tərəfinin cinayətlərinin şahidləri olan xeyli adam sağ qalıb.
 
Biz növbəti dəfə Putinin "qumbaralı meymun"unun nə dərəcədə fəlakətli ola biləcəyini gördük. Yeri gəlmişkən, bu "qumbaralı meymun" hətta özü üçün də təhlükədir. Məhz ona görə ki, növbəti raketini buraxaraq kadırovçuların özünə zərbə vura bilər.
 
İstənilən halda bu problemin yeganə həlli bütün dünya birliyinin Rusiyada Putin rejiminin devrilməsi, çoxsaylı "qumbaralı meymun" olan bu ölkənin demilitarizasiyası və denasifikasiyası üzrə səylərin səfərbər edilməsidir".
 
Müəllif: Hikmət Cavadov
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər