Ekskluziv
1762
28 Dec 2024 | 16:46

"Ukrayna Afrikada Rusiyaya qarşı ikinci cəbhə açıb" - səfir İqor Qromıko

 
"Kiyev Afrika qitəsində Moskvaya dost olan dövlətlərə qarşı çıxan qanunsuz silahlı birləşmələrə dəstək verir..."
 
Ukrayna Afrikanın bir sıra regionlarında üsyançı birləşmələrə dəstək verərək Rusiyaya qarşı ikinci cəbhə açıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın Mali və Nigerdəki səfiri İqor Qromıko SİTA agentliyinə müsahibəsibdə bəyan edib.
 
"Rusiyaya döyüş meydanında qalib gəlmək imkanı olmayan Vladimir Zelenskinin cinayətkar rejimi Afrikada ikinci cəbhə açmaq qərarına gəlib və qitənin Moskvaya dost olan dövlətlərinə qarşı çıxan qanunsuz silahlı birləşmələrə dəstək verir", - o, vurğulayıb.
 
Səfir xatırladıb ki, avqust ayında Malinin keçid hökuməti Ukrayna ilə diplomatik münasibətlərin kəsilməsi barədə bəyan edib. Qromıkonun sözlərinə görə, buna səbəb Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin mətbuat katibi Andrey Yusovun və Ukraynanın Seneqaldakı səfiri Yuri Pivovarovun Kiyev tərəfindən 25-27 iyulda Rusiyanın "Vaqner" özəl hərbi şirkətindən olan rusiyalı muzdluları və Mali hökumət ordusunun onlarla əsgərini qətlə yetirən tuareq üsyançılarına yardım göstərməsi ilə bağlı fikirləri olub.
 
Mali hökumətini Kiyevlə münasibətlərin kəsilməsinə sövq edən motivlər bizə aydındır, - rusiyalı səfir əlavə edib. - Bu ölkənin terrorçularla əməkdaşlıq etməsi faktı heç də təəccüblü deyil. Ölkəmizin ərazisində Kiyev diversiyalar törədilməsi, siyasi qətllər, mülki infrastruktur obyektlərinin mütəmadi olaraq atəşə tutulması kimi qadağan edilmiş metodları tətbiq etməkdə davam edir".
 
Qromıko həmçinin qeyd edib ki, Mali hakimiyyəti "Kiyevə kömək edən ölkələrə" onların dəstəyinin beynəlxalq terrorçuluğa yardım edilməsi kimi baxılacağı barədə xəbərdarlıq edib, afrikalıları "Ukraynanın qitənin sabitliyinə təhlükə törədən pozucu hərəkətlərini pisləməyə çağırıb". Nəticədə Ukraynanın Dakardakı səfiri Seneqal XİN-ə çağırılıb, bununla bağlı Burkina-Faso hakimiyyəti neqativ münasibət bildirib, Niger isə avqustun 6-da hətta Ukrayna ilə diplomatik münasibətlərə son qoyub, səfir xatırladıb.
 
Bundan öncə Mali XİN rəhbəri Abdulaye Diop bəyan edib ki, üsyançılar "Ukrayna və Bamakonun keçmiş tərəfdaşlarının bir hissəsinin dəstəyilə" Mali, Niger və Burkina-Fasoda rejimin dəyişilməsində maraqlıdır. Nazirin sözlərinə görə, Malinin üzləşdiyi terrorçuluq süni şəkildə yaradılıb və "rejimin dəyişdirilməsi kimi siyasi məqsədləri var".
 
Fransanın "Mond" qəzeti məlumat verib ki, ukraynalı mütəxəssislər bu il Malidə hökumət qoşunlarına qarşı duran tuareqlərin hazırlığına başlayıb, onlara döyüş aparılması və partlayıcı maddələri olan dronlardan istifadə edilməsilə bağlı təlimlər keçir. Nəşrin məlumatına görə, yaraqlıların bəziləri hazırlıq üçün Ukraynaya yollanıb, digərləri Malinin şimalında ukraynalı hərbi təlimatçılardan onların nəzarətində olan rayonlarda təlim keçib.
 
Avqustun 20-də Burkina-Faso, Mali və Niger hakimiyyətləri BMT Təhlükəsizlik Şurasına məktub göndərərək "Ukrayna hökuməti tərəfindən o cümlədən Sahel regionunda beynəlxaıq terrorçuluğa dəstək göstərilməsini qətiyyətlə pisləyib". Həmçinin Mali, daha sonra Niger Kiyevlə diplomatik münasibətləri kəsib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər