Ekskluziv
1159
28 Dec 2024 | 14:12

"Şimali Koreya əsgərləri əsir götürülüb, Ukrayna Çinə müraciət edib" - Zelenski

 
"Əgər Çin müharibənin genişləndirilməsinin yolverilməz olduğu ilə bağlı bəyanatlarında səmimidirsə, o zaman Pxenyana təsir göstərməlidir..."
 
Ukrayna Müdafiə Qüvvələri KXDR-in bir neçə hərbi qulluqçusunu əsir götürməyə müvəffəq olub, lakin onlar döyüş meydanında aldıqları yaralardan həlak olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski prezident Vladimir Zelenskiyə məruzə edib. Məlumatı "Anadolu Ajansı" agentliyi yayıb.
 
Qeyd edilir ki, Donetsk, Zaporojye, Xarkov istiqamətlərində, habelə Kursk vilayətində döyüşlər davam edir.
 
Prezidentin sözlərinə görə, işğalçılar böyük itkilərə məruz qalır. Bundan başqa, rusiyalı hərbçilər və Şimali Koreya nəzarətçiləri ümumiyyətlə KXDR əsgərlərinin sağ qalmasında maraqlı deyil və onların əsir düşməməsi üçün hər şeyi edir:
 
"Onlar öz əsgərlərini bitirir, belə faktlar var. Rusiyalılar öz hücumları zamanı onları munimum müdafiə olunan yerlərə göndərir. Bu gün Şimali Koreyadan olan bir neçə əsgərin əsir götürülməsi barədə məlumatlar yayılıb. Lakin onlar ağır yaralanıb və reanimasiya etmək mümkün olmayıb. Bu, diktaturaların bacara bildiyi ağılsızlığın təzahürlərindən biridir".
 
Prezident Zelenski qeyd edib ki, əgər Çin müharibənin genişləməsinin yolverilməz olduğu ilə bağlı bəyanatlarında səmimidirsə, o zaman Pxenyana təsir edə bilər.
 
"Koreya xalqı Avropada döyüşlərdə öz insanlarını itirməməlidir. Buna Koreyanın qonşuları, o cümlədən Çin təsir edə bilər. Əgər Çin müharibənin genişləndirilməsinin yolverilməz olduğu ilə bağlı bəyanatlarında səmimidirsə, o zaman Pxenyana müvafiq təsir göstərməlidir", - o, qeyd edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər