Bizi sosial şəbəkələrdən izləyin:
"Sionist rejimi dünyada ən qəddar rejimdir, bunu son 15 ayda İsrailin Qəzza bölgəsində törətdiyi vəhşiliklər sübut edir..."
Bir neçə ildən sonra İsrailin mövcudluğuna son qoyulacaq.
Moderator.az xəbər verir ki, bu barədə İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəhbərinin müavini kontr-admiral Əli Fədavi bəyan edib. Məlumatı "israelinfo.co.il" nəşri yayıb.
O, qeyd edib ki, İsrailin dağılmasının başlıca amili onun son 15 ayda Qəzza bölgəsində törətdiyi vəhşiliklərdir.
Fədavinin sözlərinə görə, sionist rejim dünyada ən qəddar rejimdir, amma "tiraniya heç vaxt əbədi davam edə bilməz".
Qeyd edək ki, son zamanlar Tehran İsrailin oktyabrın 26-da İrana endirdiyi zərbəyə görə "ağlasığmaz cavab zərbəsi" ilə təhdid etməkdən vaz keçir. Hər şeydən göründüyü kimi, İran gözləmə siyasətini seçib, yəni sionist qurumun öz-özünə dağılacağına əmindir.
Buna baxmayaraq düşməni lazımınca dəyərləndirmək gərəkdir. Bir neçə gün bundan öncə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan xəbərdarlıq edib ki, zəifləmiş İran nüvə bombası yaradılmasını sürətləndirə bilər.
"Bu, gerçək riskdir. Bu risklə bağlı biz ayıq olmağa cəhd edirik. Bu risk barədə mən şəxsən yeni komandanı məlumatlandıracağam", -' Ağ Ev nümayəndəsi deyib.