Bizi sosial şəbəkələrdən izləyin:
Respublikaçı konqresmen və Helsinki Komissiyasının sədri Co Uilson “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişviliyə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp administrasiyasının Gürcüstanda “demokratiyanın məhvinə” kəskin reaksiyası barədə xəbərdarlıq edib.
Moderator.az bu haqda "Newsgeorgiya" nəşrinə istinadla xəbər verir.
“Prezident Donald Tramp Amerikanın özünü elan etmiş düşmən ölkələrlə bağlı mövqeyini aydın şəkildə açıqlayıb.
Əgər Bidzina İvanişvili dekabrın 29-da gürcü demokratiyasını məhv etmək planını həyata keçirərsə, o, təsəvvür etdiyindən də çox ağır cavab gözləməlidir”, - deyə Uilson "X"-də yazıb.
Mixail Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-na planlaşdırılır. O, “Gürcü Arzusu”nun üzvlərindən ibarət seçicilər kollegiyası tərəfindən "Gürcüstanın altıncı prezidenti" seçilib.
Beşinci prezident Salome Zurabişvili istefa vermək niyyətində deyil. Müxalifət kimi o da bu prosesə cavabdeh olan parlamenti qeyri-legitim hesab edir. Zurabişvili yeni parlament seçkiləri təyin olunana qədər vəzifəsində qalmağı planlaşdırır.
Vilson bundan əvvəl Zurabişvilini Gürcüstanın “yeganə legitim lideri” adlandırıb və onun tələblərini dəstəkləyib.
Hazırda Gürcüstanla ABŞ arasında münasibətlər ən aşağı nöqtədədir. Lakin “Gürcü Arzusu” əmindir ki, Tramp Ağ Evə qayıtdıqdan sonra vəziyyət kökündən dəyişəcək, Tbilisi və Vaşinqton yenidən işə başlayacaq.