Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Avropa ölkələrindən Ukraynaya hərbi yardım üçün xərcləri artırmağı tələb edib.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə “The Washington Post”un məlumatında deyilir.
Bildirilir ki, bu yolla Tramp Vaşinqtonun Ukraynaya hərbi sahədə yardıma ayırdığı xərcləri azaltmaq istəyir.
“Tramp Ukraynaya yardımı artırmaq üçün artıq Avropa ölkələrinə təzyiq edir, eyni zamanda, Ukraynanın ən böyük dəstəkçisi kimi ABŞ-ın təhlükəsizlik yardımının azalacağına işarə edir”, - nəşr yazır.
Bundan əlavə, nəşr yazır ki, Tramp hələ də öz planının təfərrüatlarını açıqlamayıb ki, o, Rusiya diktatoru Putini danışıqlar masası arxasında müharibəni dayandırmağa necə məcbur etmək istəyir.
Xatırladaq ki, daha əvvəl “Defence Express”in Trampın inauqurasiyası üçün ABŞ-ın Ukraynaya nə qədər yardım ayıracağını açıqladığı bildirilmişdi.
S.Laçın