Ekskluziv
2147
26 Dec 2024 | 14:42

"Trampın andiçmə mərasimi ərəfəsində Rusiya və İran arasında strateji müqavilə imzalanacaq" - "Newsweek"

 
"Rusiya və İran dünya meydanında artan təcrid fonunda öz qüvvələrini birləşdirməyə cəhd göstərir..."
 
Təcavüzkar Rusiya və İran ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi ərəfəsində srateji tərəfdaşlıq haqqında yeni müqavilə imzalamağı planlaşdırır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Newsweek" nəşri İran XİN rəsmi nümayəndəsi İsmayıl Baqaiyə istinadən məlumat yayıb.
 
O, əmin olduğunu bildirib ki, iki ölkə liderləri yanvarın sonunda saziş imzalayacaq. KİV-lərin yazdığına görə, yeni müqavilə yanvarın 20-də Trampın andiçmə mərasimindən bir neçə gün öncə bağlana bilər, bu, Rusiya və İran dünya meydanında artan təcrid fonunda öz qüvvələrini birləşdirmək cəhdindən xəbər verir.
 
İranla müqavilə bir çox illər ərzində işlənib hazırlanıb, nəşr yazıb. 2022-ci ilin əvvəlində Rusiya XİN "yeni böyük dövlətlərarası saziş" üzərində iş getdiyini bəyan edib, lakin konkret heç nə təqdim etməyib.
 
2024-cü il oktyabrın sonunda Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkianın Kazanda BRIKS sammitində görüşündən bir neçə gün sonra Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib ki, saziş yaxın zamanlarda imzalanmağa hazır olacaq və "müdafiə sahəsində sıx əməkdaşlıq və qarşılıqlı əlaqəmizə sadiq qaldığımızın nümayişi olacaq".
 
Sonradan Lavrov deyib ki, ölkələr arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə "Rusiya ilə İran arasında münasibətlərin möhkəmlənməsində mühüm amil" olacaq.
 
Yeni ikitərəfli sənəd Rusiya və İran arasında 2001-ci ildə imzalanan və 2020-ci ildə uzadılan 20 illik strateji sazişi əvəz edəcək, nəşr yazıb.
 
Oktyabr ayında ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bəyan edib ki, Rusiya ilə İran arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi təkcə Yaxın Şərqdə deyil, bütövlükdə dünyada təhlükəsizliyə təsir edir. Bu, Rusiya və İranın olduğu hər yerdə belədir, Dövlət Departamentinin nümayəndəsi qeyd edib.
Link kopyalandı!
Son xəbərlər