"Cəbhədə və ölkə daxilində xeyli çətinliklərə rəğmən, Kreml danışıqlarla bağlı mövqeyində möhkəm olduğunu nümayiş etdirir..."
Təcavüzkar Rusiya Ukrayna ilə danışıqların istisnasız olaraq 2022-ci ilin mart ayında İsranbulda səsləndirilən şərtlər əsasında keçirilməsinə təkid edir.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
Məlumatda deyilir ki, Moskva cəbhədə vəziyyətin dəyişməsi və Ukrayna ordusunun uğurlarına rəğmən, istənilən güzəştlərdən imtina edir.
Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bu günlər bəyan edib ki, Rusiya dinc nizamlanmanı müzakirə etməyə hazırdır, lakin bu, yalnız İstanbul danışıqlarında səsləndirilən tələblərə riayət etmək şərtilə mümkündür.
Bunlar Ukraynanın neytral statusu, onun NATO-ya daxil olmasına qadağa qoyulması və Silahlı Qüvvələrinin sayının 85 min nəfərədək azaldılmasıdır. Bu bəndlər Vladimir Putinin tammiqyaslı hərbi müdaxilədən öncə səsləndirdiyi ultimatumların genişləndirilmiş versiyalardır.
Analitiklər qeyd edir ki, Rusiya ciddi məğlubiyyətlərə və xeyli itkilərinə rəğmən, danışıqlarla bağlı ritorikanı gücləndirir, qələbəyə əminliyini nümayiş etdirir. Rusiya hökuməti tərəfindən tətbiq edilən iqtisadi məhdudiyyətlər demoqrafik böhranla mübarizəni mürəkkəbləşdirir, lakin Kreml həm Ukrayna, həm də beynəlxalq birliyə təzyiqini artırmaqda davam edir.
Öz növbəsində Ukrayna xeyli beynəlxalq dəstək alır. Dekabrın 24-də Birləşmiş Ştatlar Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərdən formalaşan ilk kredit tranşını təqdim edib.
Cəbhədə Rusiya qoşunları Pokrovsk, Toretsk və Uqledar yaxınlığında irəliləməkdədir. Həmçinin Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev məlumat verib ki, 2024-cü ildə 440 min çağırışçı Müdafiə Nazirliyi ilə müqavilələr bağlayıb.
Həm cəbhədə, həm də ölkə daxilində xeyli çətinliklərə rəğmən, Kreml ilkin olaraq irəli sürdüyü şərtlərə israr etməkdə davam edir, bu da onun danışıqlarla bağlı mövqeyində möhkəm olduğunu göstərir.