Bəşər Əsədin arvadı Moskvada can verir...-
Ekskluziv
5230
07:53, Bu gün

Bəşər Əsədin arvadı Moskvada can verir...-"The Telegraph"- BU DA SON...

Jurnalistlərin fikrincə, 49 yaşlı Əsmanın vəziyyəti ciddi narahatlıq doğurur...
 
Ailəyə yaxın mənbələr  bu yaxınlarda devrilmiş diktator Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin leykemiya xəstəliyindən ağır vəziyyətdə olduğunu və sağalma şansının 50/50 olduğunu bildirir.
 
Moderator.az  israil mediasına istinadla xəbər verir ki, bu haqda  Britaniyanın "Teleqraf"("The Telegraph") qəzeti yazıb.
 
Məlumata görə, Əsma Suriyanı tərk edərək, müalicə almaq üçün bu ayın əvvəlində - hələ Bəşər Əsəd rejiminin süqutundan öncə Moskvaya gəlib. Lakin mənbələrə görə, onun səhhəti pisləşib və o, kifayət qədər həkim nəzarəti altında olmadığı üçün çox güman ki, Rusiyanı tərk etməyi planlaşdırır.
 
Hazırda  49 yaşlı Əsmanın vəziyyəti ciddi narahatlıq doğurur. Londondan həkim olan atası ona baxmaq üçün xüsusi olaraq Moskvaya gəlib. Mənbələrin bildirdiyinə görə, may ayında diaqnoz qoyulan leykemiya bir müddət remissiyadan sonra geri qayıdıb.
 
Vəziyyət son dərəcə ağırdır, ailə ilə tanış olan bir insayder bildirib. Onun sözlərinə görə, Əsma infeksiyalara qarşı həssas olduğu üçün təcrid olunub.
 
Fəsadların yaranma riskini minimuma endirmək üçün keçmiş birinci xanım insanlarla təması məhdudlaşdırıb. O, bir neçə həftədir ki, Rusiya paytaxtındadır və burada ona tibbi yardım göstərilir. Lakin hazırkı müalicə kursu gözlənilən nəticəni vermir və bu, Əsma Əsədin gələcək planları ilə bağlı yeni suallar yaradır...
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər