Bizi sosial şəbəkələrdən izləyin:
İran prezidenti Məsud Pezeşkian çərşənbə axşamı -dekabrın 25-də axşam İsa Məsihin mübarək mövludu ərəfəsində "müqəddəs müdafiə dövrü"nün iki erməni şəhid ailəsi ilə görüşüb.
Moderator.az xəbər verir ki, tert.am-ln yazdığına görə, bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.
"Prezident şəhid Oşavan Ayvazyanın həyat yoldaşı xanım Nina Arutyunyan Naxçıvan Tape və şəhid Qaqik Tumanyanın anası xanım Hasmik Mirzəyan Qaracedağla söhbət edib. Ölkə başçısı bu ailələrin fədakarlığını yüksək qiymətləndirib, şəhid analarının və həyat yoldaşlarının səbr və dözümlülüyünə görə də minnətdarlığını bildirib.
“Şəhidlərin dəyərli anaları və həyat yoldaşları fədakarlığın gözəl təzahürünü misilsiz səbirlə nümayiş etdirirlər. Bu nəcib şəhidlər öz dini təlimləri, nümunəvi sədaqəti və qeyrəti ilə vətənin şərəf və bütövlüyünün müdafiəsində digər soydaşlarımızla yanaşı dayanmışlar, onlar mətanət və qətiyyəti ilə Vətənin əbədi qürur və şərəfinə çevriləcəklər”, -İran prezidenti iki erməni şəhidinin ailələrinə təşəkkür məktubunda belə yazıb.
S.Laçın