Ekskluziv
2603
07:37, Bu gün

"Bu nəsil ölkəsinin Rusiyanın quberniyasına çevrilməsini istəmir..." - Gürcü sənətçi

"Bir insanın fərqli fikirdə olması o demək deyil ki, o, sizin vətəndaşınız deyil?.."
 
Gürcüstanın “Suxişvili” Milli Baletinin baş direktoru Nino Suxişvili bu gün “TV Pirveli”nin efirində Gürcüstanda gedən proseslərdən danışıb. Onun sözlərinə görə, “ailə başçısı ənənəvi olaraq ailəsi üçün məsuliyyət daşıdığı kimi, hökumət də xalq üçün məsuliyyət daşımalıdır”.
 
Moderator.az xəbər verir ki, bu haqda "Qruziya onlayn" məlumat yayıb.
 
“Bu, azad Gürcüstanda doğulmuş nəsildir, o, öz ölkəsi, gələcək və azadlıq uğrunda mübarizə aparır, onu qazanmaq lazımdır, onun uğrunda mübarizə aparmaq lazımdır. Bu nəsil dayanmayacaq, boyun əyməyəcək, Gürcüstanın Rusiyanın quberniyasına çevrilməsini istəmirlər. Özləri üçün gələcək istəyirlər. Bu, bizim sərmayə qoymalı, dəstəkləməli, qulaq asmalı olduğumuz nəsildir.
 
Cəmiyyətin parçalanmasına görə məsuliyyət daşıyan hakimiyyət deyilmi? Bir insanın fərqli fikirdə olması o demək deyil ki, o, sizin vətəndaşınız deyil? Biz ənənəvi ölkəyik və ənənəvi olaraq ailə başçısı ailəsi üçün məsuliyyət daşıdığı kimi, hökumət də xalq üçün məsuliyyət daşımalıdır.
 
Millətin parçalanmasının günahı onlardadır. Bu gənclərin gecələr küçədə dayanmasının  günahı onlardadır. Axı bunlar təslim olmayacaq 300-400 yox, yüz minlərlə insandır. Və nə qədər uzun sürsə də, sonsuza qədər davam etsə belə ,davam edəcək. İnanıram ki, bu gənclər gələcəklərinin Avropada, demokratik ölkədə olduğunu bildikləri üçün məqsədlərinə çatacaqlar”, -deyə tanınmış gürcü sənətçisi vurğulayıb.
 
S. Laçın
Link kopyalandı!
Son xəbərlər