13:46
28°C
Bakı
"Yaxşı ki, keçmiş prezidentlər Qarabağla bağlı danışıqlar prosesi ilə bağlı mənim postuma öz nümayəndələri vasitəsilə reaksiya veriblər. Ancaq mən nümayəndələrin arxasında gizlənmirəm, düşünürəm ki, onların da gizlənməməsi düzgün olardı. Mən keçmiş prezidentlərlə canlı diskussiya formatında dediklərimi əsaslandırmağa hazıram. Bu gün mənim postuma etiraz edən prezidentlərin cavabını gözləyirəm", - deyə baş nazir "Facebook"dakı yazısında bildirib.